Nəcməddin Mürvətov (azərb. Nəcməddin Taci oğlu Mürvətov; d. 5 dekabr 1953-cü il, Dəvəçi rayonu, Yuxarı Ələz kəndi) — şair, müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002). [1]
Nəcməddin Mürvətov | |
---|---|
Nəcməddin Taci oğlu Mürvətov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Taci Mürvətov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | riyaziyyat müəllimi |
Təhsili | ADPU |
Tanınır | şair, müəllim |
Mükafatları | "Xalq maarifi əlaçısı" (1985), "Tərəqqi" (2008) |
Mürvətov Nəcməddin Taci oğlu 5 dekabr 1953–cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kəndində anadan olmuşdur. 1960-cı ildə Dəvəçi rayonu Yuxarı Ələz kənd ibtidai məktəbinin I sinfinə qəbul olunmuş, 1961-ci ildə ailəsinin Siyəzən şəhərinə köçməsi ilə əlaqədar, təhsilini Siyəzən şəhər 1 saylı orta məktəbində səkkizillik, 1970-ci ildə isə C.Cabbarlı adına orta məktəbi bitirmişdir. Nəcməddin Mürvətov ADPU-nun (keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun) riyaziyyat fakültəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir.[1]
Nəcməddin Mürvətov ali məktəbdə oxuduğu illərdə qrup komsomol təşkilatının katibi, fakültə həmkarlar təşkilatının büro üzvi kimi ictimai vəzifələr daşımışdır.
Nəcməddin Mürvətov universiteti riyaziyyat müəllimi ixtisası üzrə bitirdikdən sonra 1974-1977–ci illərdə Dəvəçi rayonun Böyük Həmyə səkkizillik məktəbində müəllim, 1977-1978-ci illərdə isə direktor vəzifəsində çalışmışdır. O, 1978-2008-ci illərdə Böyük Həmyə kənd orta məktəbinə direktor vəzifəsini icra etmişdir. 2008-ci ildən etibarən Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı orta məktəbində direktor vəzifəsində çalışır.[1]
Nəcməddin Mürvətovun "Ehtiyac" və "Şuşa" adlı ilk mətbu şeirləri 1993-cü ildə "Çıraq" qəzetində dərc olnumuşdur.[1]
1985-ci ildə Respublikanın "Xalq maarifi əlaçısı" adını almışdır. 2008-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. 2015-ci ildən Azərbaycanın Əməkdar müəllimidir.[1]