Nəhəng köstəbək[3] (lat. Spalax giganteus) — Köstəbəkkimilər fəsiləsinə aid gəmirici növü.
Nəhəng köstəbək | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nəhəng köstəbək |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Köstəbəkkimilər fəsiləsinə aid olan növlər arasında ən böyüyüdür. Uzunluğu 25–35 sm, çəkisi isə 1 kq təşkil edir. Üst hissəsi rəngarəng, boz və ya oxra-qonur rəngdə olur. Yaşlı fərdlərin başının üst hissəsi ağ rəngdə olur. Qarın nahiyyəsi tünd-boz rəngdə olur.
Nəhəng köstəbək endemik növ olaraq əsasən Ön Qafqaz ərazilərində yaşayırlar. Xüsusu ilə Kuma, Terek, Sulak çaylarının aşağı axarlarında rast gəlinir[4]. Şimal arealı Kuma çayının ətrafları, cənub arealı isə Mahaçqala və Qudermes şəhərləri həmdəvərinə qədər uzanır. Kiçik bir papulyasiya Ural, Emba çayları hövzəsində yayılmışdır. Çox vaxt bu papulyasiya Ural köstəbəyi (Spalax uralensis) kimi qəbul edilir. Toplum halda yaşayırlar[5]
Nəhəng köstəbək digər digər köstəbəkkimilərdən fərqli olaraq onlar əsasən gilli və qumlu yarımsəhralarda yayılırlar. Bununla belə yuvalar bir qayda olaraq çay və göllərə yaxın yerləşir. Üstəlik onlara çöllüklərdə belə rast gəlmək olur. Bərkimiyən qumluqlarda dərinliyə baş vurmurlar. Bəzən onlar tarla, əkin sahələri, bağ və meşələrlə əhalətənmiş talalarda məskən sala bilirlər
Onların hərəkətləri tamami ilə araşdırılmamışdır. Əsasən yeraltı həyat sürür. Mürəkkəb yeraltı tunellər sistemi qurur. Yuva çoxlu girişlərə sahibdir. Tunellər 20–50 sm dərinlikdən keçir. Dəliklərin diametri 11–16 sm-dir. Yuva otağına gəldikdə isə 0,9–3 metr dərinlikdə yerləşir.
İl boyu aktivdir. Hec zaman qışlamır. Ən yüksək aktivlik dövrü mart-aprel aylarına qəsadüf edir. Əsasən 2–3 bala verir. İl ərzində bir və ya iki dəfə bala verir. Yektikliyə iki yaşında çatırlar. Yeraltı həyat sürdüyündən demək olar ki, rəqibi yoxdur. Bununla belə bəzən tüklü, pişik və yırtıcı quşlar tərəfindən ovlanılır.
Nadir, kiçik areala malik və az öyrənilmiş növ. Sayları stabil və ya azalmağa doğru gedir. Gələcəkdə saylarının azalması və ya müəyyən papulyasiyanın yoxa çıxması labütdür. Səbəb antropogen fəaliyyətdir. 1983-cü ildə Dağlstanda saylarının 700–750 baş olması ehimal edilirdi. 1988-ci ildə sayları 10000 baş olaraq qiymətləndirildi (Dağıstan).
Nəhəng köstəbək həm Rusiyanın həm də Beynəlxalq ətrak mühitin qoruması birliyi tərəfindən qırmızı kitaba daxil edilmişdir.