Kozvey-Kost (irl. Causeway Coast) və ya Nəhənglər keçidi — İrlandiyanın şimalında Antrim qraflığında, Başmills qəsəbəsindən təqribən 3 km şimalda yerləşən və İrlandiyanın şimal-şərqi sahili boyunca yayılmış olan vulkanik mənşəli bazalt geoloji quruluş.
Kozuay sahili | |
Causeway [* 1] | |
Ölkə | İrlandiya |
---|---|
Tip | Təbii |
Kriteriya | vii, viii |
Keçid | 369 |
Region | GB [* 2] |
Daxil edilməsi | 1986 (10-cu sessiya) |
|
|
Vulkanik püskürmələr nəticəsində yaranmış olan, bir-birinə bağlı 40.000 bazalt sütununun yan-yana düzüldüyü bir yerdir. Bölgənin ən xarakteristik xüsusuyyəti olan bazalt sütunlar, 50–60 milyon il əvvəlki vulkanik fəaliyyətlərin nəticəsidir. Antrim tavası, təxminən 3800 km²-lik sahəsi ilə Avropanın ən böyük lava tavasıdır.
Dənizdən yüksəkliyi orta hesabla 100 metr olan bu qayalıq bölgə, geoloji dönəmdən qalma bir neçə lava hərəkəti səbəbi ilə pilləkənli bir görünüşə sahibdir. Bazalt sütunlardan ən yüksəyi 12 metrdir. Sütunların üst hissəsi pilləkən şəklində olarkən, alt hissəsi isə dənizin altına enməkdədir. Böyük hissəsi altıbucaqlı şəklində olsa da bəzıları yeddi ya da səkkiz bucaqlıdır. Lavalar 28 metr qalınlığa çata bilməkdədir.
1986-cı ildə Kozuay sahili 369-cu üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.[1]