Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Tətbiqetməyə uzaqdan qoşulmaq üçün istifadəçi hansına qoşulmağı bilməlidir.Belə vəziyyətdə nəqliyyat adresini müəyyən etməklə tətbiqetməni izləmək mümkün olunur.Şəbəkədə bu ünvanlar portlar adlanır.Nəqliyyat səviyyəsində bu ünvanları TSAP adlandırırlar.Şəbəkə səviyyəsində isə bu ünvanları NSAP adlandırırlar.İP ünvanlar bu NSAP-lara misaldır.
Şəkildə NSAP,TSAP və nəqliyyat birləşmələri arasında əlaqə təsvir edilmişdir.Klient və host da öz daxilində TSAP ünvanlamaq üçün lokal TSAP yaradırlar.Her bir host və klientdə ayrı-ayrı TSAP və NSAP olmasının səbəbi nəqliyyat ünvanlarını bir-birindən ayırmaqdır.
Nəqliyyat zamanı baş verə biləcək senaryolardan biri də aşağıdakı ola bilər-
1.Bir poçt serveri prosesləri,gələn xəbərləri izləmək üçün host 2-də TSAP 1522 ünvanını saxlayır.TSAP ünvanına olan müraciət və qoşulma şəbəkə modelindən asılı olmayıb əməliyyat sistemindən asılıdır.Misal üçün bu "Qulaq As" əmri ola bilər.
2.Host 1-də tətbiqetmə poçt göndərmək istəyir.Bu zaman o TSAP 1208 ünvanı vasitəsilə təyinat ünvanı olan Host 2-də yaradılan TSAP 1522 ünvanına qoşulma istəyi göndərir.
3.Tətbiqetmə vasitəsilə poçt göndərilir.
4.Poçt server poçtun çatacağını bildirir.Host 2-də TSAP-a qoşulan və eyni NSAP-da qoşulmağı gözləyən istəklər də ola bilər
5.Qoşulma kəsilir.
Bəs host 1-də istifadəçi prosesi TSAP 1522-nin poçt portu olduğunu necə bilir? Mümkün hallardan biri budur ki, bu port uzun müddətdir poçt ünvanı kimi istifadə olunur və bütün şəbəkə bunu öyrənib.Göstərdiyimiz modeldə servisin bilinən TSAP ünvanları sıralanmış şəkildə bir faylda var.Bu UNİX əməliyyat sistemlərində /etc/services faylıdır ki, burada poçt servisi TCP 25 portuna aiddir.
Kiçik nömrəli TSAP ünvanları adətən əsas servislər üçün istifadə olunur və onlar dəyişilməməlidir.Adətən bir istifadəçi əməliyyatının digər istifadəçi ilə qoşulma yaratması üçün sabit TSAP ünvanı olmur və qısa zaman sonra istifadə olunmur.
Bu vəziyyəti idarə etmək üçün port xəritəsi yaradılır və burada xüsusi əməliyyatlar saxlanılır.Misal üçün bir istifadəçi əməliyyatının TSAP ünvanını tapmaq üçün əməliyyat port xəritəsinə müraciət edir.Burada servisin adını bildirdikdə port xəritəsi həmin servisin TSAP ünvanını qaytarır.
Sersin yaradılanda o ilk olaraq qeydiyyata alınmalıdır.Burada həm adı,həm də TSAP ünvanı qeyd edilməlidir.Sonra müraciət zamanı port xəritəsi öz verilənlər bazasında olduğu verilənlərə görə cavab verir.
Port xəritəsinə analoq olaraq telefon sistemindəki yönləndirmə operatorunu göstərmək olar.O da adların nömrələrlə ifadəsini təmin edir.TSAP ünvanları bu operator vasitəsilə bilinməsi vacibdir.Əks halda TSAP ünvanı bilmiyən operatordan lazımi informasiyanı almaq olmaz.
Maşınlarda olan server proseslərinin çoxu nadirən istifadə olunur.Hər birinin TSAp adresini izləmək və aktivliyini davam etdirmək vacib deyil.Bunun adı ilkin əlaqə protokoludur.Amma bütün tanınmiş TSAP-ları bilən və uzaqdan idarə edn istifadəçilərə xüsusi proses serveri daha yaxşı alternativdir.Bu halda şəkildəki kimi proses yerinə yetirilir.Əgər TSAP bilinirsə,onda birbaşa qoşulur.Əks halda TSAP axtarılır və qoşulma yerinə yetirilir.
Qoşulma yaratmaq sadə eşidilsə də əslində mürəkkəb bir prosesdir.İlk olaraq qoşulma təklifini göndərmək, sonra isə qəbul olunub olunmadığını gözləmək lazımdır.Əgər problem yaransa,onda gecikmələr,itkilər, paket sürətlərinin alması və korlanması ola bilər.
Təsəvvür edin ki,bir şəbəkə paketləri düzgün qəbul etmir və hər paket iki və ya üç dəfə göndərilir.Bəzi paketlər yolda qalır və ya çatması ləngiyir.Və ya göndərən yenidən göndərəndə bilinir ki, şəbəkədə gecikib və ya birdən getməyə davam edir.
Misal göstərək.İstifadəçi bank ilə rabitə yaradır və banka böyük məbləğdə pul köçürülməsinin bildirən paketi göndərir.Və istifadəçi sonra yenidən tamamlanmadığını görür və bu prosesi bir neçə dəfə yenidən yerinə yetirir.Və belə olduqda paketlər ən qısa yolla göndərilir və göndərənin rabitəsini kəsir və paketlər sürət olaraq bir neçə dənə çatır.Bank isə hər birinin ayrı ayrı əməliyyatlar olduğunu görür və pulları bir neçə dəfə köçürür.Buna görə də yüksək performaslı şəbəkə və düzgün alqoritmi protokollar dizayn etmək lazımdır.Bu problemərin heç biri xoşagələn deyil.Bu problemin həlli yollarından biri atılan nəqliyyat ünvanı istifadə etməkdir.Bu yanaşmada hər bir qoşulmada ayrı nəqliyyat ünvanı istifadə edilir və bu ünvan sonra bir daha istifadə olunmur.Və nəqliyyat yolunu bilməyən gecikən sürətlər nəqliyyata zərər verə bilmir.Ancaq bu yanaşmada nisbətən qoşulma mürəkkəbləşir.
Digər bir yanaşmada hər bir qoşulmaya bir identifikator təyin edilir və hər biri bir seqmentə qoyulur.Və hər bitmiş qoşulma öz nəqliyyat sxemi öz cədvəlini yeniliyir.Və sonrakı qoşulma cədvəl ilə qarşılaşdırılır və bu qoşulmanın əvvəlkinin sürəti olması müəyyyən edilə bilir.Amma bu metodda həm təyinat həm də mənbə bu seqmenti bilməlidir.Əks halda biri sıradan çıxdıqda və yaddaşı silindikdə,onda hansı identifikatorun istifadə olunduğu itir və idarə oluna bilmir.Bunun üçündə köhnələn paketləri silirik və heç bir paket məlumatı sonsuza kimi cədvəldə qalmır.Köhnələni müəyyən etmək üçün aşağıdakı metodlar istifadə olunur.
1.Məhdudlaşdırılmış şəbəkə dizaynı
2.Paketin sayğacı
3.paketin zaman damğası
Praktikata paketin özünün və məlumatının da köhnəlməsini bildirilməsi lazımdır.Bunun üçün T period sabiti istifadə olunur.Bu internet üçün 120 saniyədir. Paketin sürətinin həmin zaman ərzində rədd olunmasını əmin etmək lazımdır.Bunun metodu isə Tomlinson təklif etdi.Bunu isə Sunshine və Dalal işləmişdirlər.
Metodunun əsasını mənbə üçün seqmenlərin sıra nömrəsi ilə adlandırılmasıdır ki, bu həmin T periodunda yenidən istifadə olunmayacaq.Period həmin sıra nömrələrinin sayını müəyyən edir.Və beləliklə sürətlərin qəbul olunub göndərilməsini qarşısı bu period ərzində alınır və T perioddan sonra paket silinir.Amma mürəkkəb şəbəkələrdə bu T böyük və prosesin mürəkkəbliyi isə çox ola bilər.
Andrew S. Tanenbaum, David J. Wetherall, Computer Networks, 5th edition, 2010.