Nərgiz (kafe)

"Nərgiz" kafesiAzərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe-restoran. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı.

Nərgiz
Ümumi məlumatlar
Növü Kafe
Ölkə Azərbaycan
Şəhər Bakı
Açılma 1961
Dizayn və konstruksiya
İnkişaf etdirən Əliş Lənbəranski
"Nərgiz" kafesinin interyeri. 1962-ci il

"Nərgiz" kafesi 1961-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı.[1][2]

SSRİ dövründə kafə-restoranda yoxlanışdan yoxlanışa bəzi, çətin tapılan yeməklərin qiyməti ikiqat baha olurdu.[3] Misal üçün, menüdə nərəqara kürü olsa da, amma qeyd olunan qiymətə şəhərdə onları tapmaq mümkün deyildi.[3]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Kafedə 1961-cı ildə çəkilən "Amfibiya adam" filminin bir epizodu çəkilib.[3] Epizodda Latın Amerikalı xanım "Ey moryak, tı slişkom dolqo plaval" (azərb. Ey dənizçi, sən çox uzun müddət üzmüsən‎) caz mahnısını ifa edir.[3]

  1. "Рассказывает главная площадь Баку". jam-news.net. jam-news.net. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.
  2. Дегтярь, Михаил. Репортер. (#accessdate_missing_url)
  3. 1 2 3 4 "Bakının əsas meydanı danışır". jam-news.net. jam-news.net. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.