Nərgiz Abdullayeva

Abdullayeva Nərgiz Cavad qızı — AMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru (2012), professor.

Nərgiz Abdullayeva
Nərgiz Cavad qızı Abdullayeva
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi memarlıq
Elmi dərəcəsi memarlıq doktoru
Elmi adı professor
İş yeri AMİU Memarlıq fakültəsi Dizayn kafedrası
Təhsili AİMİ

Nərgiz Abdullayeva 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1978–1982-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda memar vəzifəsində çalışıb. 1982-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində işə başlayıb. 1986–88-ci illərdə həmin institutun aspiranturasının əyani şöbəsində oxuyub. 1989-cu ildən Memarlıq-kompozisiyası kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləyib. 1990-cı ildə "XIX əsrin axırı XX əsrin əvvələrində Bakı neft rayonunun sənaye-memarlığının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və memarlıq namizədi elmi dərəcəsi alıb. 1992-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2001-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Dizayn kafedrasının müdiri vəzifəsində çalışır. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib. 2010-cu ildən Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət üzrə Problem Şurasının sədr müavini kimi fəaliyyət göstərir. 2012-ci ildə "Azərbaycan memarlığında mühəndis qurğularının rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və elmlər doktoru elmi dərəcəsi alıb.[1]2017-ci ildə Beynəlxalq Memarlar Akademiyasına (MAAM) professor, 2020-ci ildən müxbir üzv seçilib.[2][3]

84-dən çox elmi və metodik əsərin müəllifidir. Onlardan: 3-sü monoqrafiya, 1-i dərslik, 4-ü dərs vəsaiti və 6-i fənn proqramıdır.[2]

  • 2006-cı ildə universitetin 30 illik yubileyi ilə əlaqədar olaraq "Qabaqcıl təhsil işçisi "döş nişanı ilə mükafatlandırılıb.
  • 2012-ci ildə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar memar" fəxri adı ilə təltif olunub.[4]
  1. "Arxivlənmiş surət". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-12.
  2. 1 2 https://azmiu.edu.az/upload/ckeditor/848014412.pdf
  3. "Arxivlənmiş surət". 2011-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-29.
  4. "Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə "Əməkdar memar" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-04-12.