Nəriman Abbasov

Nəriman Ağaxan oğlu Abbasov (1 fevral 1994, Bakı) — azərbaycanlı MMA döyüşçüsü, yüngül çəki dərəcəsinin nümayəndəsi. 2013-cü ildən peşəkar səviyyədə çıxış edir və AMCFight Nights Global turnirlərində iştirakı ilə tanınır. Nəriman Abbasov yüngül çəkidə hal-hazırkı AMC Fight Nights Global (AMC FNG) çempionudur. 2022-ci ildən etibarən Azərbaycanı UFC idman turnirində təmsil edir.[1]

Nəriman Abbasov
Şəxsi məlumatlar
Doğum adı Nəriman Ağaxan oğlu Abbasov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 1 fevral 1994(1994-02-01) (29 yaş)
Doğum yeri
İdman növü MMA
Karyera illəri 2013 – h. h.
Məşqçisi Şəhriyar Abbasov
Boyu 172 sm
Çəkisi 70 kq
Komandası "GabalaSportClub", "TTFightClub", "AzerbaijanFightClub"

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Nəriman Abbasov 1 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub.[2]

Azərbaycanı təmsil edən qarışıq döyüş sənəti (MMA) üzrə peşəkar döyüşçü Nəriman Şəhriyar Abbasovun rəhbərliyi altında məşq edir. "GabalaSportClub", "TTFightClub", "AzerbaijanFightClub" u təmsil edir.

Qarışıq döyüş sənəti üzrə peşəkar döyüşçü kimi karyerasına 2013-cü ildə başlamışdır. "GEFC-Azərbaycan" turnirində debüt etmiş, hakimlər heyətinin qərarı ilə qələbə qazanmışdı.

ACB, NomadMMAN1 PRO, AMC FightNightsGlobal turnirlərində çıxış etmiş, Kuat Xamitov, Artur Zaynukov, Mixail Gogitidze kimi döyüşçülər üzərində qələbə qazanmışdır.[2]

25 Aprel 2019-cu ildə, hakimlər heyətinin qərarı ilə Qazaxıstanlı döyüşçü Kaut Hamitov üzərində qələbə qazanaraq AMC Fight Nights Global (AMC FNG) çempionu oldu.[3][4]

2020-ci ildə hesabında uğurlu titul müdafiəsinə sahibdir: 25 sentyabr 2020-ci ildə AMCFNG-"FNG 98 - Fight Nights Global 98: Amirov vs. Bikrev" turnirində sabmişlə Mixail Gogitidze üzərində qələbə qazandı.[5]

11 aprel 2021-ci ildə AMC FNG "AMC FIGHT NIGHTS 100" yubiley turnirində Şamil Əmirovu texniki nokautla məğlub edərək ikinci uğurlu titul müdafiəsini həyata keçirdi.[6]

Uğurları[redaktə | mənbəni redaktə et]

  • Hal-hazırda yüngül çəkidə AMC FNG Çempionu
  • Nomad MMA N1 PRO Kəmər Sahibi (2014)
  • 2 qat WMMAF versiyasında MMA üzrə Dünya Çempionu (2015, 2017)
  • Dünya Kuboku Çempionu (2018)
  • MMA üzrə Avrasiya Çempionu (2015)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nariman Abbasov UFC". 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-28.
  2. 1 2 Sherdog.com. "Nariman Abbasov MMA Stats, Pictures, News, Videos, Biography - Sherdog.com". Sherdog. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  3. "Нариман Аббасов победил казаха и стал чемпионом Fight Nights Global - видео". haqqin.az. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  4. "Боец "TT Fight Club" Нариман Аббасов стал чемпионом Fight Nights Global". BAKU.WS - Новости Азербайджана, Баку (rus). 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  5. "Азербайджанский боец ММА защитил титул чемпиона в Москве". Sputnik Азербайджан (rus). 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  6. "Nəriman Abbasov Avropa çempionuna nokautla qalib gəldi". Report İnformasiya Agentliyi (az.)). 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]