Nəriman Hüseynov (tam adı: Hüseynov Nəriman Vəli oğlu; 12 yanvar 1976[1], Azərbaycan SSR – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Nəriman Hüseynov | |
---|---|
Hüseynov Nəriman Vəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Xatınlı, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (14 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
1976-cı ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 42 nömrəli məktəbin VIII sinif şagirdi idi. Nəriman atışma səsinə küçəyə çıxmış, Salyan qazarmasının yanında avtomat gülləsi ilə yaralanmışdır. Məhəllə uşaqları onu xəstəxanaya aparıblar. Onlar xəstəxanaya çatanda hər yan zülmət imiş. Semaşko adına xəstəxananın işıqları söndürülübmüş. Səhər tezdən onun meyidini Semaşko adına xəstəxananın meyidxanasından tapıblar. Vəli kişinin 15 yaşına çatdırdığı ilki Nəriman ailənin yeganə oğlu idi. Nərimanın anası uzun illərdir ki, ağır xəstədir. İki bacısına da Nəriman qulluq edirdi. Həkim H. Hüseynovun imzaladığı ölüm haqqında arayışda yazılmışdır: «Çoxlu sayda güllə döş qəfəsində sağalmaz yaralar açmışdır». Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bu ünvanda yaşamışdır: Bakı, Əlizadə küçəsi 126.