Nəriman Hüseynov (şəhid)

Nəriman Hüseynov (tam adı: Hüseynov Nəriman Vəli oğlu; 12 yanvar 1976[1], Azərbaycan SSR20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

Nəriman Hüseynov
Hüseynov Nəriman Vəli oğlu
Doğum tarixi
Doğum yeri Xatınlı, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (14 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi

Həyatı[redaktə | mənbəni redaktə et]

1976-cı ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 42 nömrəli məktəbin VIII sinif şagirdi idi. Nəriman atışma səsinə küçəyə çıxmış, Salyan qazarmasının yanında avtomat gülləsi ilə yaralanmışdır. Məhəllə uşaqları onu xəstəxanaya aparıblar. Onlar xəstəxanaya çatanda hər yan zülmət imiş. Semaşko adına xəstəxananın işıqları söndürülübmüş. Səhər tezdən onun meyidini Semaşko adına xəstəxananın meyidxanasından tapıblar. Vəli kişinin 15 yaşına çatdırdığı ilki Nəriman ailənin yeganə oğlu idi. Nərimanın anası uzun illərdir ki, ağır xəstədir. İki bacısına da Nəriman qulluq edirdi. Həkim H. Hüseynovun imzaladığı ölüm haqqında arayışda yazılmışdır: «Çoxlu sayda güllə döş qəfəsində sağalmaz yaralar açmışdır». Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ünvan[redaktə | mənbəni redaktə et]

Bu ünvanda yaşamışdır: Bakı, Əlizadə küçəsi 126.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
  1. https://azertag.az/files/2020/1/1200x630/15798015923371615449_1200x630.jpg.