Nəriman Nərimanov adına mədəniyyət evi

Nəriman Nərimanov adına mədəniyyət eviSumqayıtda mədəniyyət evi

1954-cü ildə xüsusi layihə üzrə 300 yerlik tamaşa zalı və 15 iş otağından ibarət yeni mədəniyyət evi – N.Nərimanov adına mədəniyyət evi istifadəyə verildi. Sumqayıt Alüminium zavodunun balansında olan mədəniyyət evi 1999-cu ilin dekabr ayından etibarən, Sumqayıt Mədəniyyət İdarəsinin tabeliyinə daxil olmuşdur. 1985-ci ilə qədər mədəniyyət evində 18 adda müxtəlif janrlar üzrə bədii özfəaliyyət kollektivləri "Karavella" instrumental ansamblı (rəhbər V.Gelas), nəfəs alətləri orkestri (rəhbər F.Gerson), Azərbaycan xalq rəqsləri kollektivi (rəhbər A.Rəhimov), Uşaq Estrada kollektivi (rəhbər A.Dubrovina), Rus rəqs kollektivi (rəhbər Z.Şqadenko), "Pöhrə" aşıqlar ansamblı (rəhbər S.Abbasov), "Səma" qızlar ansamblı (rəhbər C.Bəkirova), "Seqal" muğam ansamblı (rəhbər M.Musateva), "Rəndə" satira teatrı (rəhbər S.Məsimova), Bədii Qiraət dərnəyi (rəhbər Z.Kazımova), Xalq Çalğı Alətləri ansamblı (rəhbər L.Əliyeva) fəaliyyət göstərmişdir. 1975-77-ci illərdə "Karavella" vokal instrumental ansamblı və nəfəs alətləri orkestri, 1985-ci ildə "Pöhrə" aşıqlar ansamblı I Ümumittifaq bədii özfəaliyyət yaradıcılığı festivalında iştirak edərək laureat adını qazanmışdır. Ümumiyyətlə, mədəniyyət evinin özfəaliyyət kollektivləri dəfələrlə festival, müsabiqələrin iştirakçısı olmuş, fəxri fərman və diplomlarla təltif edilmişdir.

Mədəniyyət evində Sumqayıtda ilk dəfə olaraq aşıq musiqisi üzrə kurs açılmışdır. Kursun rəhbəri istedadlı aşıq B.Əhmədovdur. tanınmış müğənnilər M.Musayeva, S.Kazımova, V.Gülməmmədov, aşıqlar Kəmalə Qubadlı, Ulduz Quliyeva və b. mədəniyyət evinin yetirmələridir. Hazırda mədəniyyət evində ingilis dili, kompüter, rəssamlıq, qadın bərbəri, ev tibb bacısı, biçmə-tikmə dərnəkləri, habelə aşıqlar ansamblı, "Dəcəl qızlar" rəqs kollektivi, "Arzu" instrumental ansamblı, məktəblilər üçün musiqinin vokal , qarmon, elektro-gitara, piano, sintezator, nağara və s. sahələri üzrə dərnəklər fəaliyyətdədir. Mədəniyyət evində hər il istər əlamətdar günlər, bayramlar, istərsə də qan yaddaşımıza həkk olunmuş tarixlərlə bağlı tədbirlər keçirilir, sənət adamları, şair və yazıçılarla görüşlər təşkil olunur. Mədəniyyət evində keçirilən tədbirlərin yüksək şəkildə təşkil olunmasında, onların metodiki və bədii cəhətdən hazırlanmasında yüksək ixtisaslı işçilərin – bədii rəhbər K.Quliyeva, metodist S.Ağayeva və b. əməyi böyükdür. Mədəniyyət evinə 31 ildir ki, mədəniyyət işi sahəsində böyük təcrübəsi olan Felman Lazımov rəhbərlik edir. Sumqayıt gənc şəhərdir. Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Bu gün bizim məqsədimiz sənaye müəssisələrini müasir tələblərə bazar iqtisadiyyatı prinsipinə uyğunlaşdırmaqdan və bunlara yeni həyat verməkdən ibarətdir. Bu baxımdan kimya sənayesini yeni mərhələdə bazar iqtisadiyyatı prinsiplərinə uyğun istehsalın, məhsulun keyfiyyətini artırmaq yolu ilə inkişaf etdirmək qarşımızda duran mühüm vəzifədir.

Sumqayıt şəhər bələdiyyəsi 12 dekabr 1999-cu il tarixdə yaranmışdır. Ərazisi 7829,80 ha-dır. Əhalisi 357.9 min nəfərdir. Məcburi köçkün və qaçqınların sayı 62.3 min nəfərdir.

Bir zamanlar ona gənclik şəhəri deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır.

Sumqayıt şəhəri Abşeron yarımadasının şimalında, ölkə paytaxtı Bakı şəhərindən 25 km şimalda yerləşir.Ərazisi 83 kv.km-dir. Şəhərin tərkibinə Sumqayıt şəhəri,Hacı Zeynaləbdin Tağıyev və Corat qəsəbələri daxildir.Sumqayıt şəhərinin ölkənin digər rayon və şəhərləri, eləcə də xarici dövlətlərlə respublika əhəmiyyətli avtomobil və dəmir yolları əlaqəsi vardır. Hava yolları ilə əlaqələr Bakı şəhərinin Binə hava limanı vasitəsilə həyata keçirilir. Şəhərin ərazisində tikinti materiallarının (kərpic yüngül doldurucuları) istehsalı üçün təbii ehtiyatlar vardır.

Şəhərin ərazisindən Sumqayıtçay çayı axır. Samur-Abşeron kanalı Sumqayıtın cənubundan keçərək Ceyranbatan su anbarına tökülür. Şəhərin kənarındakı qamışlıqlarda tülkü, canavar, dovşan, çaqqal kimi heyvanlara, çöl ördəyi, göyərçin, danquşu və qaşqaldaq kimi quşlara rast gəlmək olar.

Sumqayıt şəhərində və qəsəbələrində 357 minə yaxın əhali, 63 min nəfər qaçqın və məcburi köçkün yaşayır. Əhalinin 30% uşaqdır, əmək qabiliyyətli əhalinin sayı 147 min, işləyənlərin sayı isə 58,4 min nəfərdir. Onlardan 20 min nəfəri sənayedə, 18,3 min nəfəri isə büdcə təşkilatlarında çalışır.

Mənbə[redaktə | mənbəni redaktə et]