Nəriman Nərimanovun Ev Muzeyi (Tbilisi)

Nəriman Nərimanovun Ev MuzeyiTbilisi şəhərində yerləşən ev muzeyi. Azərbaycan Respublikasının mülkiyyətidir.[1]

Nəriman Nərimanovun Ev Muzeyi
Açılış tarixi 1982
Yenidən təşkil olunub 2017
Ünvan Gürcüstan Tbilisi, İosif Qrişaşvili 41 küçəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ekspozisiya[redaktə | mənbəni redaktə et]

Muzeydə Azərbaycan Sovet dövlət xadimi Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edən eksponatlar, onun əlyazmaları, kitabları, əsərləri, ona ünvanlanan məktublar və s. təqdim olunub.

Tarixi[redaktə | mənbəni redaktə et]

Muzey 1982-ci ildə Mirzə Şəfi küçəsində, Nəriman Nərimanovun əcdadlarına məxsus bir evdə açıldı. O. burada anadan olmuşdur.

2008-ci ilin dekabr ayında (digər mənbələrə görə, 2007-ci ildə[2]) bütün rayonun yenidən qurulması zamanı Mirzə Şəfi küçəsindəki köhnə binalar sökülmüş, Nəriman Nərimanov Ev-Muzeyi dağıdılmışdı[3], lakin Gürcüstan və Azərbaycan hökumətləri muzeyin yenidən qurulması haqqında razılığa gəldilər və məkan bərpa edildi[4], ancaq bu dəfə İosif Qrişaşvili 41 küçəsində[5].

Yenidənqurma işləri MStudio tərəfindən həyata keçirildi, ev həcminin artması ilə təzədən tikildi, bu sərgi sahəsini genişləndirməyə imkan yaratdı, 6 sərgi otağı, eyni zamanda inzibati və texniki otaqlar yaradıldı. Yenidən qurulan taxta sürahiləri olan məşhur gürcü balkonları xüsusi maraq doğurular. Evin qarşısında Nərimanovun büstü qoyulub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. NƏRİMAN NƏRİMANOVUN VƏ CƏLİL MƏMMƏDQULUZADƏNİN TBİLİSİDƏKİ EV-MUZEYLƏRİ AZƏRBAYCANIN MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN MÜLKİYYƏTİNƏ KEÇİRİLMİŞDİR Arxivləşdirilib 2023-08-06 at the Wayback Machine Azərbaycan Dövlət İnformasiya Agentliyi
  2. "В Тбилиси открылся обновленный музей азербайджанского деятеля Наримана Нариманова". 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
  3. Mədəniyyət və Turizm Nazirliyi Tiflisdə Nəriman Nərimanovun Ev Muzeyinin sökülməsi faktını təsdiqləyib Arxivləşdirilib 2023-08-06 at the Wayback Machine APA.az
  4. "Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine" Trend Xəbər Agentliyi
  5. Nəriman Nərimanovun xatirə muzeyi [ölü keçid]