Nəriman Nərimanovun Ev Muzeyi — Tbilisi şəhərində yerləşən ev muzeyi. Azərbaycan Respublikasının mülkiyyətidir.[1]
Nəriman Nərimanovun Ev Muzeyi | |
---|---|
Açılış tarixi | 1982 |
Yenidən təşkil olunub | 2017 |
Ünvan | Tbilisi, İosif Qrişaşvili 41 küçəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeydə Azərbaycan Sovet dövlət xadimi Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edən eksponatlar, onun əlyazmaları, kitabları, əsərləri, ona ünvanlanan məktublar və s. təqdim olunub.
Muzey 1982-ci ildə Mirzə Şəfi küçəsində, Nəriman Nərimanovun əcdadlarına məxsus bir evdə açıldı. O. burada anadan olmuşdur.
2008-ci ilin dekabr ayında (digər mənbələrə görə, 2007-ci ildə[2]) bütün rayonun yenidən qurulması zamanı Mirzə Şəfi küçəsindəki köhnə binalar sökülmüş, Nəriman Nərimanov Ev-Muzeyi dağıdılmışdı[3], lakin Gürcüstan və Azərbaycan hökumətləri muzeyin yenidən qurulması haqqında razılığa gəldilər və məkan bərpa edildi[4], ancaq bu dəfə İosif Qrişaşvili 41 küçəsində[5].
Yenidənqurma işləri MStudio tərəfindən həyata keçirildi, ev həcminin artması ilə təzədən tikildi, bu sərgi sahəsini genişləndirməyə imkan yaratdı, 6 sərgi otağı, eyni zamanda inzibati və texniki otaqlar yaradıldı. Yenidən qurulan taxta sürahiləri olan məşhur gürcü balkonları xüsusi maraq doğurular. Evin qarşısında Nərimanovun büstü qoyulub.