Süleymanov Nəriman Qoca oğlu (15 avqust 1930 – 15 aprel 1995) – nasir, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1985), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1977).
NƏRİMAN SÜLEYMANOV | |
---|---|
Nəriman Qoca oğlu Süleymanov | |
Doğum tarixi | 15 avqust 1930 |
Doğum yeri | Qərbi Azərbaycan, Körpülü |
Vəfat tarixi | 15 aprel 1995 (64 yaşında) |
Mükafatları |
1930-cu il avqustun 15-də Qərbi Azərbaycanın Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir (1947–1952). Həmin vaxtdan "Pioner" jurnalı redaksiyasında ədəbi işçi, pioner və məktəblilər şöbəsinin müdiri, məsul katib, "Pioner" ("Günəş") jurnalının baş redaktoru vəzifəsində çalışmışdır (1977-ci ildən ömrünün sonunadək). Yazıçılar Birliyinin Təftiş komissiyasının müavini seçilmişdir (1991). Moskvada, Leninqradda, Daşkənddə, Düşənbədə və digər şəhərlərdə ədəbiyyat problemlərinə həsr olunmuş müşavirə, simpozium, konfranslarda fəal iştirak etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Macarıstan və Yuqoslaviya ölkələrində çıxan uşaq jurnallarında və almanaxlarda hekayələri çap edilmişdir. Ədəbi fəaliyyətə 1954-cü[1] ildə "Azərbaycan pioneri" qəzetində çıxan kiçik bir hekayə ilə başlamışdır. Üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
1995-ci il aprelin 15-də dünyasını dəyişmişdir.