Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Nəsib Əfəndiyev (1903, Qaraqaya, Qazax qəzası – Bakı) — azərbaycanlı yazıçı. İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru.
Nəsib Əfəndiyev | |
---|---|
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | |
Uşaqları |
|
Fəaliyyəti | yazıçı |
Janr | Roman |
Tanınmış əsəri | "Vyana Gecələri". |
Üzvlüyü |
Nəsib Əfəndiyev 1903-cü ildə Qaraqaya kəndində doğulub. İlk ruhani təhsilini Haqqıxlı kəndində Molla Süleymanın məktəbində alıb. Bakıda Pedoqoji İnstitutu bitirdikdən sonra İrəvan Azərbaycan Pedoqoji Texnikumunda müəllimlik etmiş, İrəvan Dram Teatrının yaradıcılarından olmuş, uzun müddət teatra rəhbərlik etmişdir. Həmin teatrda bir sıra əsərləri tamaşaya qoyulmuş. Bir neçə roman müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur.
Yazıçı Firuzə Əfəndiyevanın, türkoloq yazar Vasif Nəsiboğlunun və Bəstəkar Rəşid Nəsiboğlunun atasıdır.