Seyid Nəsrullah Bahadur xan ibn Heydər xan Manqıt(1806 — 1860) — Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı.
Nəsrulla xan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1806 |
Doğum yeri | |
Vəfat tarixi | 1860 |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Heydər xan |
Uşağı |
Seyid Nəsrullah Bahadur xan ibn Heydər xan Manqıt 1806-cı ildə Buxara şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi almışdı. 15 yaşından başlayaraq hakimiyyət uğrunda mübarizə başlamışdı.1821-ci ilin yazından başlayaraq Buxara əmirliyinin ordusuna başçılıq etmişdi.Miyanqala üsyanının yatırılmasında iştirak etmişdi. Özbək tayfaları tərəfindən tutulmuş Kattakurqan şəhərini azad etmişdi. Onun əmri ilə 400[1] nəfərdən 700[2] nəfərədək adamın başı vurulmuşdu.
Gizli olaraq hazırladıqları bu girişimdən nəticə ala bilməyən Kokand xanlığının müxalifləri, Buxara Əmiri Nasrullaha xəbər göndərərək, Onu Kokandı ələ keçirməsi üçün təşviq ətməyə başlamışdılar.[3] Müxaliflərin yardımı ilə Kokand hakimi Məhəmmədəli xanın məmləkəti idarə edərkən zalımca tövr sərgiləməsi, atasının nikahlısını alması və səfihliği propaqandası aparan Əmir Nasrullah, Kokand xalqında hüzursuzluğun ortaya çıxmasına səbəbiyət vermişdir.[4] Kokand daxilində uyğun ortamı hazırlayan Əmir Nasrulla, 18.000 əsgərdən ibarət olan bir orduyla hərəkətə keçmiş və Kokanda təqribən 25 km² uzaqda ordusunu əyləşdirmişdi. Buxaralıların üzərinə gəldiyini duyan Məhəmmədəli xan, müxaliflərin planı nəticəsində Əmir Nasrulla ilə qarşı-qarşıya gəlməkdən çəkinmiş, Kokandı tərk edərək Oşa çəkilmək məcburiyyətində qalmışdır. Ancaq Məhəmmədəli xan, qaçmağın fayda verməyəcəyini görərək təslim olmağa qərar vermiş və Əmir Nasrullaha elçilər göndərərək istədiyi şərtlərdə barış şərti imzalamağa hazır olduğunu bildirib, Ondan sulh bağlamağı xahiş etmişdi[5] (1841). Ayrıca Buxara xanlığının hakimiyətini qəbul etdiyini göstərmək üçün oğlu Məhəmməd Əmini, Əmir Nəsrullaha göndərmişdir. Fəqət Əmir Nasrullah, müşkül durumda yaxaladığı rəqibinin təklifini rədd etdiyi kimi, ordusunu hücuma başladaraq az saydakı Kokand qüvvələrini məğlub etmiş və şəhəri əsgərlərinə yağmalatmışdır.[6] Şəhərin zənginliklərini Buxaraya daşıyan Əmir Nasrullah, Kokandda xütbəni öz adına oxutmuş və sikkələri öz adına zərb etdirmişdir. Əmir Nasrullah, vəzirlərindən Əbdüssəməd Naibin “İndi Kokand zəbt olundu. Fərqana böyük məmləkətdir. Nə qədər əsgər, sipah və xəzinə xərclənərək alındı. Bura Rusiyanın gəlməsindən qorxulan yerdir. Əgər Məhəmmədəli xan and içib, tövbə edərsə, onu Kokandda buraxıb, Buxaranın tabesi etsək, bu xan bizə qarşı gələn düşmənləra bir qalxan vəzifəsi görmüş olacaq.” - şəklindəki xəbərdarlığını Kokandlı müxaliflərin müdaxiləsi nəticəsində xan onu dinləməmişdi[7] və yanına dustaq olaraq gətirilən Məhəmmədəli xan və əyan-əşrafının öldürülməsinə qərar vermişdir.[8] Ming xanədanı təhlükəsini tam olaraq ortadan qaldırmaq istəyən Əmir Nasrullah, Məhəmmədəli, oğlu Məhəmməd Əmin, qardaşı Mahmud xan və Şairə Nadirə xanım olaraq tanınan anası Mahlar Ayımı qətl etdirmişdir.[9] Kokand xanlığının başına isə öz yandaşı durumunda olan Manqıtlardan İbrahim Hayali təyin etmişdir (1842). Əmir Nasrullahın etmiş olduğu bu qətliam Kokand xalqının ona duyduğu nifrəti artırmaqdan başqa bir işə yaramamışdır. Nəticədə Kokand xanlığı, Əmir Nasrullahdan yediyi bu ağır zərbənin təsirlərindən qurtulamamış və bir neçə il sonra başlayacaq olan Rus istilasına qarşı onu qoruya bilməmişdir.[3]
1842-ci ildə vеrgilərin 4 dəfə artması nəticəsində üsyan qalхdı. Üsyan nəticəsində Kоkandda Əmir Nəsrullanın hakimiyyəti dеvrildi.
Nəsrulla xan 1860-cı ildə Buxara şəhərində vəfat edib.