Nəsrullah Nasehpur (farsca:نصرالله ناصحپور) — İran azərbaycanlısı olan ustad rədif ifaçısı, bəstəkar, müğənni və musiqişünas. İran Musiqi Mərkəzinin üzvü və Tehran İncəsənət Universitetinin professorudur.[1]
Nəsrullah Nasehpur | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1940 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 iyun 2023 (83 yaşında) |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | universitet müəllimi[d], bəstəkar, müğənni |
Nəsrullah Nasehpur 1940-cı ildə Ərdəbil şəhərində anadan olmuşdur. Onun atası Ağa Şükür qarmon ifaçısı, anası Hüriyə Xanım qaval ifaçısı olmuşdur. Beləliklə də Nəsrullah Nasehpur uşaqlıqdan Azərbaycan musiqisinin təsiri altında böyümüşdür.[2]
Tehrana gedərək orada vokal rədif üzrə Maestro Mahmud Kərimidən dərs almışdır. Həmçinin Maestro Əli Əkbər Xan Şahnazidən intrumental rədifin İran musiqisində yeri barədə Milli Musiqi İnistitutunda dərs almışdır.
İran musiqi sənəti barədə Süleyman Əmir Qasimidən və Maestro Səid Hörmizidən dərs almışdır.[2]
Öz dövrünün tanınmış musiqiçilərindən xeyli məlumatlar öyrənən Nəsrullah Nasehpur Maestro Abdullah Davami ilə işləməyə başlamışdır.[1]
Yaradıcı musiqi istedadı və zəngin Azərbaycan musiqisini gözəl bilməsinə görə İranın ən məşhur musiqiçilərindən biri olmağı bacarmışdır. Həmçinin 50 il müddətində müəllimlik edən Nəsirullah Nasehpurun təxminən 4 min şagirdi olmuşdur. Bu şagirdlərdən bəziləri dünya və İran miqyasında məşhurlaşa bilmişdir.[2]
İranda ən böyük təşkilat olan İran Musiqi Cəmiyyətinin idarə heyəti üzvlərindən biridir. Həmçinin İran Musiqi Mərkəzinin üzvü olaraq da İranda musiqiçilərin haqqlarının müdafiə edilməsi və İran xalq musiqisinin təbliğ edilməsi üçün sosial işlərlə məşöuldur.
Tehran İncəsənət Universitetinin professorudur. Onun İran musiqisinin keçmiş dövr nəzəriyyəsi barədə yazdığı kitab İran İncəsənət Nəşriyyatı Akademiyası tərəfindən nəşr edilmişdir.[2]