Nəsx xətti

Nəsx xətti ilə yazılmış Fatihə Surəsi

Nəsx xəttiƏrəb xətt növü.

Nəsx xətti (lüğəvi mənası "üzünü köçürmək", "ləğv etmək", "şəklini dəyişmək"dir) – XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra İbn Muğlə Şirazi bu xətt növünü ixtira etmiş və bu ad özündən əvvəlki xətti, yəni kufi xəttini aradan çıxardığı üçün yeni xətt növünə verilmişdir. Digər qədim xətlərlə müqayisədə nəsx özünün sadəliyi, rahat oxunuşu və rəvan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx meydana gəldiyi ilk gündən "Quran", dua, bədii kitabların yazılışı və üzünün köçürülməsində, habelə dəftərxana işlərində geniş istifadə olunmuşdur.

Hazırda İslam ölkələrində nəsx xəttinin iki növündən – yaquti nəsx və İrani nəsxdən istifadə olunur. Yaquti nəsx hicri tarixlə 698-ci ildə ildə vəfat etmiş ustad Yaqut Mustəsəmi tərəfindən ixtira olunaraq təkmilləşdirilmişdir.

İrani nəsx isə Səfəvilərin hakimiyyəti dövründə yaşayıb-yaratmış xəttat Əhməd Neyrizi tərəfindən ixtira olunaraq bütün İslam ölkələrində, xüsusilə də İran ərazisində geniş istifadə olunmuşdur.