NATO - Rusiya münasibətləri

Haqqında

NATO–Rusiya münasibətləri
NATO və Rusiya
 NATO  Rusiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya sərhədi yaxınlığında NATO-nun artan fəallığına münasibət bildirib.

Şoyqu deyib ki, "Zapad-2017" təlimləri ilə bağlı Qərb mediasının yaratdığı səs-küy NATO-nun Rusiya və Belarus sərhədində artan fəallığını gizlətmək üçündür.

Nazir vurğulayıb ki, NATO getdikcə nüvə silahından istifadə yollarını inkişaf etdirir.

Qeyd edək ki, NATO-ya üzv olan Şərqi Avropa dövlətləri Rusiya və Belarusda keçirilən "Zapad −2017" təlimlərindən narahat olduğunu bildiriblər. Onlar əlavə ediblər ki, Rusiyanın Belarusda yerləşdirdiyi qoşunlar təlimlərdən sonra Belarusun ərazisində qala bilər və bu da həmin dövlətlərin təhlükəsizliyinə təhdiddir,

lakin Rusiya və Belarus rəsmi şəkildə bəyan edib ki, təlimlər müdafiə xarakterlidir və Şərqi Avropa dövlətlərinə təhlükə yaratmır.