Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA)[1] — 154 gənclər təşkilatını birləşdirən qurumdur.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası NAYORA | |
---|---|
Yaranma tarixi | 21 noyabr 1995-ci il |
Qeydiyyat tarixi | 31 yanvar 1996-cı il |
Rəsmi dili | Azərbaycan |
Mərkəzi | Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə |
Üzvləri | 154 gənclər təşkilatı |
nayora.az |
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci il 21 noyabr tarixində 11 gənclər təşkilatının təşəbbüsü ilə təsis olunmuş, Azərbaycanın vahid gənclər platforması və aparıcı gənclər təsisatı olaraq ətrafında regional, milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Milli Şura Azərbaycanın gənclər təşkilatlarının vahid əlaqələndirmə və əməkdaşlıq mərkəzi olmaqla onların eyni zamanda gənclər təşkilatlarının beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.
Gənclər Təşkilatları Milli Şurası öz tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərinin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.
NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası qarşısına qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün Əsasnamə və Nizamnaməyə uyğun olaraq xüsusi struktura malikdir.
Gənclər Təşkilatları Milli Şurasının ali qərarverici orqanıdır və ən azı 2 ildə 1 dəfə çağrılır. Qurultay Nizamnaməni, təşkilatın fəaliyyətini tənzimləyən əsasnamə qəbul edir, ona əlavə və dəyişikliklər edir, üzvlərin qəbul və xaric edilməsi ilə bağlı Məclisin qərarlarını təsdiq edir, sədr və müavinləri, büro üzvlərini, MNTK üzvlərini seçir, NAYORA-nın əsas fəaliyyət istiqamətlərini müəyyən edir.
Qurultaylararası dövrdə ARGTMŞ-ın qərarverici orqanıdır və ən azı 6 ayda 1 dəfədən az olmayaraq çağırılır. Məclis Milli Şuranın fəaliyyətini tənzimləyən qərarlar, fəaliyyət proqramını qəbul edir, üzvləri qəbul və ya xaric edir. Məclis üzv təşkilatlara müxtəlif mövzular üzrə müzakirələr və fikir mübadiləsi aparmağa imkan yaradır. Məclisin səsverməsi nəticəsində Məclis sədri seçilir.
Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Qurultayda seçilir və 5 nəfərdən ibarətdir. MNTK-nın işi onun ilk iclasında seçilmiş Sədr tərəfindən təşkil edilir. Əsas vəzifəsi Nizamnamayə əməl olunmasına nəzarət etməsidir.
Tarix | Ad, Soyad | Vəzifə |
---|---|---|
2023-cü ildən | Aynurə Salmanlı | Sədr |
2023-cü ildən | Cəsur Mədətzadə | Üzv |
2023-cü ildən | Ənvər İsmayılov | Üzv |
2023-cü ildən | Murad Yusifli | Üzv |
2023-cü ildən | Rəsul Quliyev | Üzv |
ARGTMŞ-ın cari icra-qərarverici orqanıdır, Məclis tərəfindən qəbul olunmuş proqram və qərarların həyata keçirilməsi üçün məsuldur. Büro ARGTMŞ Sədri, sədr müavinləri, Baş Katib, eləcə də idarə heyətindən və müşahidəçi statusu ilə MNTK sədrindən ibarətdir.
Tarix | Ad, soyad | Vəzifə |
---|---|---|
2023-cü ildən | Əli Abdullazadə | Üzv |
2023-cü ildən | Elman Əsgərov | Üzv |
2023-cü ildən | Nərminə Hüseynzadə | Üzv |
2023-cü ildən | Rüfət Əsədzadə | Üzv |
2023-cü ildən | Ülvi Məmmədov | Üzv |
2023-cü ildən | Aynurə Salmanlı | Üzv |
2023-cü ildən | Azad Manaflı | Üzv |
Tarix | Ad, soyad |
---|---|
2023-cü ildən | Rafael Hacıbəyli |
Tarix | Ad, soyad |
---|---|
2023-cü ildən | Güldanə Dadaşova |
2023-cü ildən | Nail Şükürov |
ARGTMŞ-nın cari icra orqanıdır və rəhbərlik Baş Katibə məxsusdur. Katiblik Məclisin, Büro və Baş Katibin qərarlarını, tapşırıqlarını həyata keçirir, işçi strukturlarının işini əlaqələndirir, müxtəlif sahələr üzrə ARGTMŞ-nın cari fəaliyyətini istiqamətləndirir.
Tarix | Ad, soyad | Vəzifə |
---|---|---|
2024-cü ildən | Nərminə Hüseynzadə | Baş Katib |
2024-cü ildən | Rinat Abbasov | Yerli layihələr üzrə katib |
2024-cü ildən | Ramilə El-oğlu | Layihələr üzrə koordinator |
2024-cü ildən | Fatimə Əsədova | Beynəlxalq əlaqələr və Layihələr üzrə katib |
2024-cü ildən | Aygün Kərimova | İctimaiyyətlə əlaqələr üzrə katib |
2024-cü ildən | Jalə Həsənova | Üzv təşkilatlarla iş üzrə katib |
2024-cü ildən | Rüstəm Bağırlı | Qrafik dizayner |
2024-cü ildən | Tural İmanzadə | Ofis Meneceri |
2024-cü ildən | Elvin Ağasıyev | Resurs Mərkəzinin koordinatoru |
2018-ci ildən | Sevinc Sadıqova | Mühasib |
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası özündə uşaq və gənclər təşkilatlarını birləşdirən və bu çərçivədə milli, regional, beynəlxalq səviyyədə fəaliyyət göstərən birlikdir. Gənclər Təşkilatları Milli Şurası hal-hazırda 146 gənclər təşkilatını əhatə edir.
№ | Tam hüquqlu |
---|---|
1 | Abşeron Gənclərin İnkişafı İctimai Birliyi |
2 | Atəşgah İntellektual Oyunlar Klubu İctimai Birliyi |
3 | Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar Ictimai Birliyi |
4 | Avropa Gənclər Parlamenti — Azərbaycan İctimai Birliyi (EYP) |
5 | Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı Ictimai Birliyi |
6 | Avropa Tələbələr Forumu — Bakı İctimai Birliyi |
7 | Avropa Tələbələr Forumu — Sumqayıt İctimai Birliyi |
8 | Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası İctimai Birliyi |
9 | Azad Gənclər İctimai Birliyi |
10 | Azərbaycan — Britaniya Məzunları İctimai Birliyi |
11 | Azərbaycan Bələdiyyə Gəncləri İctimai Birliyi |
12 | Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi |
13 | Azərbaycan Diabet Liqası İctimai Birliyi |
14 | Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi |
15 | Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyi |
16 | Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi |
17 | Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyi |
18 | Azərbaycan Gənclər İttifaqı İctimai Birliyi |
19 | Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyi |
20 | Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyi |
21 | Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi |
22 | Azərbaycan İntellektual Klublar Assosiasiyası İctimai Birliyi |
23 | Azərbaycan Könüllülər İctimai Birliyi |
24 | Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi |
25 | Azərbaycan Respublikası Təhsil İşçilərinin və Tələbələrin xeyriyyə fondu |
26 | Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi |
27 | Azərbaycan Tələbələri İctimai Birliyi |
28 | Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi |
29 | Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi |
30 | Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi |
31 | Azərbaycan-Slavyan Gənclər Assosiasiyası İctimai Birliyi |
32 | Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti İctimai Birliyi |
33 | Azəri Gənclər Alyansı Ictimai Birliyi |
34 | Bakı Beynəlxalq Tələbə Klubu İctimai Birliyi |
35 | Bakı Gənclər Klubu İctimai Birliyi |
36 | Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyi |
37 | Bizim Gənclik İctimai Birliyi |
38 | Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi |
39 | Böyük Yol Gənclər İctima Birliyi |
40 | Cavan Gənclər Hərəkatı İctimai Birliyi |
41 | Dan Beynəlmiləlçi Gənclər İctimai Birliyi |
42 | Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi |
43 | Demokratik Gənclər İctimai Birliyi |
44 | Dini Araşdırmalar Mərkəzi İctimai Birliyi |
45 | Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi İctimai Birliyi |
46 | Dünya Azərbaycanlıları Gənclər İctimai Birliyi |
47 | Dünya Gənc Türk Yazarlar Birliyi İctimai Birliyi |
48 | Erasmus Tələbə Şəbəkəsi — Azərbaycan İB [ESN] |
49 | Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi |
50 | Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyəti İctimai Birliyi |
51 | Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi |
52 | Gələcək və İnkişaf Gənclər İctimai Birliyi |
53 | Gələcəyə Körpü Gənclər İctimai Birliyi |
54 | Gənc Hüquqşünaslar İctimai Birliyi |
55 | Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyi |
56 | Gənc İstedadlara Dəstək Fondu |
57 | Gənc Liderlər Təhsil-Təlim və İnkişaf İctimai Birliyi |
58 | Gənc Mühasiblər Birliyi İctimai Birliyi |
59 | Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi |
60 | Gənc Novatorlar Gənclərin Maarifləndirilməsi İctimai Birliyi |
61 | Gənc Sahibkarlar Klubu İctimai Birliyi |
62 | Gənc Vətənpərvərlər Birliyi İctimai Birliyi |
63 | Gənc Xəzər Mühəndisləri İctimai Birliyi |
64 | Gəncə Avropa Gənclər Paytaxtı 2016 İctimai Birliyi |
65 | Gənclər Arasında Mübadilə İctimai Birliyi |
66 | Gənclər Azad Sahibkarlıq Fəaliyyətində İctimai Birliyi |
67 | Gənclər Mərkəzi İctimai Birliyi |
68 | Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi |
69 | Gənclərin Anti-Narkomaniya İctimai Birliyi |
70 | Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyi |
71 | Gənclərin Həmrəyliyi İctimai Birliyi |
72 | Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyi |
73 | Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi |
74 | Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası İctimai Birliyi |
75 | Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyi |
76 | Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi |
77 | Gənclərin Tənhalara dayaq İctimai Birliyi |
78 | Gənclərin Töhfəsi İctimai Birliyi |
79 | Gəncliyə Dəstək İctimai Birliyi |
80 | Gəncliyə Yardım Fondu |
81 | Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyi |
82 | Həkimlər və Təbib Tələbələr İctimai Birliyi |
83 | İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyi |
84 | İşıqlı Gələcək Gənclər İctimai Birliyi |
85 | İsmayıllı İntellektual Oyunlar Klubu İcitmai Birliyi |
86 | İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi |
87 | Kainat Gənclik Mərkəzi İctimai Birliyi |
88 | Kompüter Oyunları Milli Assosiasiyası İctimai Birliyi |
89 | Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi |
90 | Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi |
91 | Naxçıvan Gənclər Təşkilatları Milli Şurası |
92 | NUR Uşaq və Gənclərin İctimai Birliyi |
93 | Nurlu Sabah Uşaq-Gənclər Təşkilatı İctimai Birliyi |
94 | Odlar Yurdu Gənclər İctimai Birliyi |
95 | Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyi |
96 | Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı İctimai Birliyi |
97 | Resurs Gənclərin İnkişafı İctimai Birliyi |
98 | SAF Həyat Naminə Gənclər İctimai Birliyi |
99 | Sağlam Düşüncə Gənclər Təşkilatı İctimai Birliyi |
100 | Sağlam Gəncliyə Doğru İctimai Birliyi |
101 | Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi |
102 | Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi İctimai Birliyi |
103 | Sehirli aləm Cəmiyyəti İctimai Birliyi |
104 | Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İctimai Birliyi |
105 | Sinema Gənc Kinematoqrafçılar Mərkəzi İctimai Birliyi |
106 | Tarixçi Tələbələrin Elmi Cəmiyyəti |
107 | Təbiət Dostları Gənclərin Ekoloji Maariflənməsinə Kömək İctimai Birliyi |
108 | Təkan Tələbə Gənclərin İctimai Birliyi |
109 | Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyası İctimai Birliyi |
110 | Tərəqqi Gəncliyin İnkişafı İctimai Birliyi |
111 | Təşəbbüs Xeyriyyə İctimai Birliyi |
112 | Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi |
113 | Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyi |
114 | Uşaq və Gənclərin Tərəqqi Mərkəzi İctimai Birliyi |
115 | Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi |
116 | Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi |
117 | Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım İctimai Birliyi |
118 | Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi |
119 | Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyi |
120 | Yaddaş Maarifçi Gənclər İctimai Birliyi |
121 | Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi |
122 | Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi |
123 | YENİ YOL Gənclərin Maarifləndirilməsi İctimai Birliyi |
124 | Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi |
125 | Yuva Humanitar Mərkəzi İctimai Birliyi |
Assosiativ | |
1 | Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası İctimai Birliyi |
2 | Azərbaycan Gənc Sahibkarlar Assosiasiyası İctimai Birliyi |
3 | Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı İctimai Birliyi |
4 | Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi |
5 | Azərbaycan Respublikası Uşaq Təşkilatı İctimai Birliyi |
6 | BİKƏ Azərbaycan Qayd-Qızlar İctimai Birliyi |
7 | Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi |
8 | Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyi |
9 | Doğruluq Gənclərin Beynəlxalq Mərkəzi İctimai Birliyi |
10 | Dünyəvi Yüksəliş Gənclər Təşkilatı İctimai Birliyi |
11 | ELİTAR Gənclər Klubu İctimai Birliyi |
12 | Gələcək Naminə Humanitar Təşkilatı İctimai Birliyi |
13 | Gənc Ana Vətənçilər Assambleyası İctimai Birliyi |
14 | Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyi |
15 | Gənclər İnkişaf Naminə İctimai Birliyi |
16 | Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi (IB Club) |
17 | Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım İctimai Birliyi (GəncSİMA) |
18 | Gənclərin İnkişafına Dəstək İctimai Birliyi |
19 | Gənc Psixoloqlar İctimai Birliyi |
20 | İrs-Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi İctimai Birliyi |
21 | İnsan və Mühit ictimai birliyi |
22 | Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi |
23 | Sən Tək Deyilsən Gənc Əlil Qızlara Yardım İctimai Birliyi |
24 | Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi |
25 | Ümid Yeri Xeyriyyə Cəmiyyəti İctimai Birliyi |
Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası (NAYORA) 1995-ci ildə əsası qoyulan və 150 qeyri-hökumət təşkilatını özündə birləşdirən Azərbaycanın ən böyük gənclər platformasıdır. Bu gün Milli Şura Azərbaycan gənclərini beynəlxalq səviyyədə təmsil etməklə dünyanın 150-dən çox ölkəsi, regional və beynəlxalq gənclər platformaları ilə birbaşa və dolayı yolla əlaqələrə malikdir.
Azərbaycan Respublikasının qonşu ölkələri və qonşu bölgələr arasında gənclər əməkdaşlığının gücləndirilməsi məqsədilə Milli Şura bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir, qonşu ölkələrin milli gənclər şuraları ilə birgə fəaliyyətlər təşkil edir. Milli Şura Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Ukraynanın aparıcı gənclər platformaları ilə ikitərəfli əməkdaşlıq memorandumları imzalayıb.
Azərbaycan gənclərinin beynəlxalq səviyyədə təmsil olunması və Azərbaycan maraqlarının qlobal səviyyədə qorunmasına dəstək göstərmək məqsədilə Gənclər Təşkilatları Milli Şurası bu gün dünyanın 4 tərəfini əhatə edən beynəlxalq gənclər platformalarında təmsil olunur.
Tarix | Qurum |
---|---|
1997-ci ildən | Avropa Gənclər Forumunun üzvü, Türk Dünyası Gənclər Birliyinin həmtəsisçisidir. |
2000-ci ildən | Avropa Gənclər Forumunun tamhüqüqlu üzvü |
2000–2003-cü illər | Avropa Şurası Gənclərlə İş üzrə Məşvərət Şurasının üzvü |
2001-ci ildən | BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi statusu |
2002-ci ildən | İslam Konfransı Gənclər Forumunun yaradılması təşəbbüsü irəli sürülmüşdür |
2003-cü ildə | Bakı şəhərində İslam Konfransı Gənclər Forumunun təsisçilərinin 1-ci görüşü keçirilir |
2004-cü ildən | İslam Konfransı Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvüdür |
2012-ci ildən | Dünya Azərbaycanlı Gənclər Birliyini həmtəsisçisi |
2012-ci ildən | Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyinin həmtəsisçisi |
2013-cü ildən | Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvü |
2014-cü ildən | Dünya Gənclər Assambleyasının İcra Komitəsinin üzvü |
2014–2015-ci illər | Avropa Şurası Gənclərlə İş üzrə Məşvərət Şurasının və Proqram Komitəsinin üzvü |
2016-cı ildə | Avropa Könüllülük Xidmətinin akkreditassiyasının yenidən alınması |
2017-ci ildən | Avropa Gənclər Forumunun Dayanıqlı İnkişaf Şəbəkəsinin üzvü |
2017–2018-ci illər | Avropa Gənclər Forumunun Üzvlərin Qəbulu Komissiyasının (CBMA) üzvü |
Milli Şura 2002-ci ildən BMT-nin 54 dövlətinin təmsil olunduğu İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi statusa malikdir. Milli Şura BMT-nin bir sıra qurum və agentliyi ilə sıx əməkdaşlıq əlaqələri quraraq BMT-nin gənclər və yeniyetmələrlə iş sahəsində milli səviyyədə dayanıqlı tərəfdaşa çevrilmişdir. Bu günə qədər BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Uşaq Fondu (UNİCEF), Beynəlxalq Əmək Təşkilatı (lLO), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), eləcə də BMT-nin Baş katibinin Gənclər üzrə Xüsusi Elçisinin Ofisi ilə onlarla birgə uzunmüddətli və qısamüddətli layihə və tədbir təşkil olunub. Bu tərəfdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, gənclər siyasəti, uşaq və yeniyetmələrin hüquqları, gənclərin sağlamlığı, gənclərin iştirakçılığı və digər mövzuları əhatə edib.
Milli Şura nın Avropa Şurası ilə uzunmüddətli əməkdaşlığı Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti ilə sıx əlaqələrinə əsaslanır. Milli Şura Avropa Şurasının gənclərlə iş üzrə təcrübəsini, metodikasını və Avropa Şurasının Nazirlər Komitəsinin, eləcə də digər strukturların qərar və tövsiyələrini Azərbaycanın maraqlarına uyğun olaraq tətbiq edir və Azərbaycanın gənclər siyasəti təcrübəsini digər Avropa ölkələri ilə bölüşür. İlk dəfə 2002–2003-cü illərdə, daha sonra 2014–2015-ci illərdə Milli Şura Avropa Şurasının Gənclərlə İş üzrə Məşvərət Şurasında Azərbaycanı təmsil edib. Hal-hazırda Milli Şura Avropa Şurasının Gənclər Sektorunda 2012–2017-ci illər üzrə prioritet təşəbbüsü olan "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyasının Azərbaycanda milli əlaqələndiricisidir.
Gənclər Təşkilatları Milli Şurası Avropa İttifaqının "Erasmus+" proqramında fəal iştirak edir. Bu proqram çərçivəsində hər il onlarla gənc və gənclər təşkilatlarının nümayəndəsi Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Mili Şura 2013-cü ildən Avropa Könüllülük Xidmətinin "göndərən" və "qəbul edən" təşkilat akkreditasiyasına sahibdir. 2016-cı ildə həmin akkreditasiya yenilənib.