Ruzu Kommersiya Bankı 17 dekabr 1992-ci ildə yaradılıb və Azərbaycan Respublikası Milli Bankı tərəfindən Səhmdar Kommersiya Bankı kimi 25 saylı sənədlə qeydiyyatdan keçmiş və 30 dekabr 1992- ci il tarixindən 112 saylı lisenziyaya əsasən müvafiq bank əməliyyatlarını həyata keçirir.
“Ruzu” Kommersiya Bankı 2003-ci ilin yanvarın 24-dən adını da və formtəşkilatı hüquqi adında dəyişiklik edərək “NBCBank” KB kimi bank sektorunda öz fəaliyyətini davam etdirmişdir.
“NBCBank” KB öz fəaliyyətini daha geniş aspektdə qurmaq və həmçinin qanunvericiliyin tələbinə uyğunlaşdırmaq məqsədi ilə, 2005- ci il aprel ayının 7-dən başlayaraq təşkilati hüquqi formasında dəyişiklik edərək Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “NBCBank”a müvəqqəti inzibatçılar təyin olunub. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.[1] Son keçirilən yoxlamalara əsasən "NBCBank"ın kapitalı mənfi 23 milyon manat təşkil edir və bankın likvidliklər bağlı ciddi problemləri var. Bankda problemli kreditlərin xüsusi çəkisi 32% təşkil edir.[2]
NBCBank” ASC fəaliyyətə başladığı gündən bir çox sosial, iqtisadi layihələrə, media proqramlarına, futbol yarışlarına dəstək olub. Bankın sponsorluğu ilə mədəniyyətimizin, televiziya proqramlarının və idmanımızın inkişafına yönəlik layihələr reallaşdırılıb.
NBC Bank öz ənənəvi fəaliyyəti ilə yanaşı həm də Korporativ Sosial Məsuliyyət missiyasının yerinə yetirilməsinə davam etdirməklə, bir sıra mühüm sosial layihələri həyata keçirir.
18 oktyabr 2018-ci il tarixində Azərbaycan ziyalılarının iştirak etdiyi tədbirdə "NBC Bank" ASC-nin Baş sponsoruğu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun 60 illiyinə həsr olunmuş gənc iqtisadçılar arasında elmi məqalə müsabiqəsi keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müxtəlif Nazirliklərin rəsmi nümayəndələri, AMEA -nın həqiqi üzvü Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, Çin Xalq Respublikasının və Gürcüstan Respublikasının Milli Elmlər Akademiyaların üzvləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, “NBC Bank” ın Müşahidə Şurasının sədri Fuad Qənbərov və Baş direktoru Qasım Əliyev iştirak ediblər.
“NBCBank” ASC “Lider Tv və Radio-Azərbaycan” MMC -nin yeni bir lahiyəsinə yenidən dəstək vermək məqsədilə 2013-cü il üçün yayımlanması nəzərdə tutulmuş “Televiziya serialına” sponsorluq etmişdir.
“Lider Tv və Radio-Azərbaycan” MMC və “Brandhouse” Ltd. arasında imzalanmış müqavilə əsasən Azərbaycan-Gürcüstan respublikaları arasındaki dostluq münasibətinə dayanaraq birgə “Əli və TEO” adlı audiovisual əsərin işıqlandırılmasına böyük dəstək vermişdir.
“NBCBank” daha bir TV yarışmasına dəstək oldu. Belə ki, 13 May 2013-cü ildə “Lider TV” -də start götürmüş Azərbaycan teleməkanında ən çox büdcəsi olan "Lift" realiti-şousunun birinci buraxılışında olduğu kimi ikinci buraxılışında Baş Sponsor "NBCBank" olmuşdur. Yarışmanın finalçısı 28 May Respublika Günündə müəyyənləşdi. Beləcə Emil Bədəlov şounun ən mübariz iştirakçısı oldu və "NBCBank"-dan 25 min 400 manat qazandı. İştirakçılara hədiyyəmiz bununla bitmədi, iştirak edən hər bir iştirakçıya "NBCBank" tərəfindən Gold kart hədiyyə edildi.
“NBCBank” ASC 2013-cü il üzrə Azərbaycan Respublikasının Milli Çempionatında iştirak edən “Rəvan” Futbol klubuna dəstək olmaq məqsədilə baş sponsorluq edib.
“NBCBank” ASC Azərbaycan Şahmat Federasiyası ilə uzun müddətli müqavilə imzalayıb. Bu müqavilə əsasən “NBCBank” ASC Azərbaycan Şahmat Federasiyasının lahiyələrinə sponsorluq edirdi.
"NBCBank - Azərbaycan kuboku" "NBCBank" 2010/11-ci il futbol üzrə Azərbaycan Kubokunun rəsmi sponsoru olub. “Hyatt Regency” otelinin “Bakı” zalında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqaviləni AFFA tərəfdən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, “NBCBank” -dan isə İdarə Heyətinin Sədri Fuad Qənbərov imzalayıb. Anlaşmaya əsasən, baş sponsor futbol üzrə Azərbaycan kubokunun keçirilməsində PFL-lə müqavilə ilə nəzərdə tutulmuş sponsorluq töhfəsini verir. PFL isə bunun müqabilində yarışı “NBCBank - Azərbaycan Kuboku” adlandırmaqla yanaşı, baş sponsoru reklam xidmətləri ilə də təmin edəcək. [mənbə göstərin].