NHIndustries NH90

NHIndustries NH90; Orta ölçülü, iki mühərrikli, çox məqsədli hərbi vertolyotdur. NHIndustries tərəfindən istehsal edilmişdir. İlk prototip ilk uçuşunu 1995-ci ilin dekabrında etmişdir. O vaxtdan bəri on dörd ölkə ümumilikdə 573 helikopter sifariş etmişdir. Bu vertolyotların tədarükünə 2006-cı ildən başlanmışdır. Vertolyotun adı "NATO Helicopter 90's" (90-cı illərə aid NATO Helikopteri) adının qısaltmasından irəli gəlir.

NHIndustries NH90
Tipi vertolyot
İstehsalçı Airbus Helicopters
İlk uçuş 18 dekabr 1995
İstismarçılar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstruksiya və inkişafı

[redaktə | mənbəni redaktə et]

1985-ci ildə Fransa, Qərbi Almaniya, İtaliya, Hollandiyaİngiltərə bir araya gələrək 1990-cı illərdə istifadə edilmək məqsədi ilə NATO üçün, döyüş bölgəsinə daşınma və gəmi əleyhinə/sualtı döyüş helikopterləri istehsal etməyə çalışdılar. Bununla birlikdə İngiltərə 1987-ci ildə qrupdan ayrıldı. 1 sentyabr 1992-ci ildə NHIndustries NH90 modeli üçün NAHEMA (NATO Helicopter Manegement Agency) ilə konstruksiya və inkişaf müqaviləsi imzalandı. Bu təşkilat dörd iştirakçı ölkəni təmsil edirdi: Almaniya, Fransa, İtaliya və Hollandiya. 2001-ci ildə Portuqaliyada bu agentliyə qoşuldu. Vertolyotun konstruksiya işləri 1993-cü ildə başladı. İlk prototip, PT1 tipi ilk sınaq uçuşunu 18 dekabr 1995-ci ildə etmişdir. İkinci prototip PT2 ilk uçuşunu 19 mart 1997-ci ildə, üçüncü prototip PT3 isə ilk uçuşunu 27 noyabr 1998-ci ildə etmişdir.

NH90-ın iki əsas növü istehsal edildi: Taktik Nəqliyyat Helikopteri (TNH) və NATO Freqat Helikopteri (NFH). Bu əsas növlərə baxmayaraq, sifariş verən ölkələrin əksəriyyəti bəzi xüsusi dəyişikliklərin edilməsini istədi. Proqramda 1990-cı illərdə bir sıra texniki və maliyyə problemləri var idi. Bundan sonra tərəfdaş ölkələr 2000-ci ilin iyun ayında 366 kimi böyük bir istehsalı reallaşdırdılar. Bunun ardınca Avropa, AsiyaOkeaniya ölkələrindən sifarişlər gəldi. İlk sifarişlərin təhvili 2006-cı ilin sonunda, proqramın istehsal prosesindəki iki illik pozğunluqdan sonra həyata keçirilmişdir. Finlandiya tərəfindən tələb edilən dəyişikliklərin daxil olduğu dizayn 19 fevral 2008-ci ildə qəbul edildi, beləliklə NH90 helikopterləri son formasını aldı.

NH-90-ın pilot kabinəsi
NH-90 NATO Freqat Helikopteri (NFH)

İstismar tarixçəsi

[redaktə | mənbəni redaktə et]

Skandinaviya ölkələri

[redaktə | mənbəni redaktə et]
Finlandiya ordusuna məxsus NH90

2001-ci ildə üç Skandinaviya ölkəsi vertolyotlardan alınması üçün müqavilə imzaladı.

İsveç bu helikopterlərdən 18-ni (daha yeddisini almaq ehtimalı ilə), Norveçi 14-ünü (daha onunu almaq ehtimalı ilə), 20-sini isə Finlandiya sifariş etmişdir.

2011-ci ilin dekabr ayında Norveçə birinci NH90 helikopterləri təslim edildi.

2003-cü ilin avqustunda Yunanıstan 20 ədəd NH90 (daha 10 ədəd alınma ehtimalı ilə) sifariş verdi. Onlardan dördü 2012-ci ilin martında Yunanıstan Silahlı Qüvvələrinə təslim edildi. Bu helikopterlər Yunanıstan Ordusunda təlim üçün istifadə olunur.

Avstraliya 2005-ci ildə 12 NH90 sifariş vermişdi ki, hissələrinə ayrılaraq ordu sıralarından çıxardığı UH-1 Iroquoisləri əvəz etsin. Bu say 2006-cı ilin iyun ayında Avstraliya Müdafiə Nazirliyi tərəfindən artırıldı. Digər hissələrinə ayrılmış vertolyotların yerini tutmaq üçün 34 əlavə vertolyot da sifariş edildi. Bununla da sifariş edilmiş vertolyotlarını sayı 46-ya çatdırıldı. Bu vertolyotlardan dördü Avropada istehsal edildi. qalan 42-ni Avustrailian Aerospace (Eurocopter törəmə şirkəti) istehsal etdi. Avstraliyada NH90-lara MRH90 (Multi Role Helicopter (Çoxməqsədli Helikopter)) də deyilir.

Proqramın əsas dəstəkçilərindən biri olan Hollandiyanın 20 sifarişi mövcuddur. Bununla birlikdə, dizaynda edilən dəyişikliklər sonuncu vertolyotu Hollandiyanın istəyindən daha ağır etmişdir. Hollandiyanın istəklərinə uyğun olaraq dəyişiklik edilib-edilməyəcəyi məlum deyil.

Səudiyyə Ərəbistanı

[redaktə | mənbəni redaktə et]

Səudiyyə hökuməti, 2006-cı ilin iyul ayında 64 NH90 əldə etmək üçün müqavilə imzalamışdır.

Almaniya Hərbi Dəniz Qüvvələri 2009-cu ildə yeni Dəniz Helikopteri üçün 30 ədəd NFH istehsal etmişdir.

Digər ölkələr

[redaktə | mənbəni redaktə et]

Yeni Zelandiya hökuməti, hava qüvvələrindəki UH-1 Iroqious filosunu əvəz edəcəkə 8 ədəd (biri ehtiyat hissə üçün) NH90 almaq üçün müqavilə imzalamışdır. 2007-ci ildə Parisdəki hava sərgisi zamanı Belçika 20 noyabr 2007-ci ildə 10 NH90 (4 NFH, 4TTH + 2 alınma ehtimalı) almaq üçün müqavilə imzaladı. Beləliklə, NAHEMA-da altıncı ölkə oldu.

İlk çatdırılmalar

[redaktə | mənbəni redaktə et]

İlk NH90-lar 2006-cı ilin sonlarında Almaniya Silahlı Qüvvələrinə təslim edildi. Bunu 2007-ci ildə İtaliyaFinlandiya izlədi.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 2 pilot (NFH modellərində sensor operatoru da ola bilər)
  • Daşıma qabiliyyəti: 20 əsgər və ya 12 xərək və ya 2 NATO paleti və ya 4000 kq-a kimi xarici yük daşıma
  • Uzunluq: 16.180 metr
Almaniya Silahlı Qüvvələrinə məxsus NH90 bir Wolf cipini daşıyarkən
  • Pər çapı: 16.30 metr
  • Hündürlük: 5.23 metr
  • Boş çəkisi: 6,400 kq
  • Apara biləcəyi maksimum çəki: 4,200 kq
  • Maksimum uçuş çəkisi: 10,600 kg
  • Motor: 2 × Rolls-Royce Turbomeca RTM322–01/9 turboshaft, 1,662 kW (2,230 shp) və ya 2 × General Electric T700-T6E turboshaft, 1,577 kW (2,115 shp)
  • Maksimum sürət: 300 km/s (162 knot)
  • Mənzil: TTH'de 800 km, NFH modelində 1000 km
  • Maksimum hündürlük: 6,000 m (20.000 ft)
  • Dırmaşma sürəti: 8 m/s
  • Raketlər: anti-dənizaltı və/və ya hava-yer tipli raket (NFH versiyasında), 2 ədəd qapı silahı
  1. 1 2 World Air Forces 2014. 2014.
  2. World Air Forces 2008. 2008.