Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb.
Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir:
Coşdu qurd gönündən olan nağara,
Dünyanın beynini gətirdi zara. [ 1]
"Nağara" ərəbcə "vurmaq" deməkdir [ 2] " [ 3]
Nağara 5 hissədən ibarətdir:
Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir.
Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir.
İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır.
Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir.
Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur. Ölçü böyüdükcə nağaranın aşıqlarının sayı artır.
Bəm zərbə (orta) - əlin orta hissəsiylə (ovuc) vurulan zərbəyə bəm zərbə deyilir.
Zil zərbə (qıraq) - Əlin qıraq hissəsiylə (ovucla barmaqların kəsişdiyi hissə) vurulan zərbəyə zil zərbə deyilir.
Lal zərbə - Barmaqların uc hissəsiylə vurulan zərbəyə lal zərbə deyilir.
Çırtma - İki barmağın bir birinə sürtünərək nağaraya dəyməsi ilə yaranan zərbəyə çırtma deyilir.[ 4]
Zərbələrin ağızda səslənişi: Nağarada vurulan zərbələrin ağızda səslənişi ilk dəfə Natiq Şirinov tərəfindən ifa olunmuş və nağara dərsliyinə salınmışdır.
Bəm zərbə (alt əl) - DUM
Bəm zərbə (üst əl) - QUM
Zil zərbə (alt əl) - DAK
Zil zərbə (üst əl) - QAK
Ritm sürəti artdıqda deyilişi asanlaşdırmaq üçün zərbə sonundakı M, K hərfləri ixtisar olunur. Məsələn; DUM DUM - DUDUM / DAK DAK - DADAK
Saxsı nağara (Azərbaycanın ən qədim nağarası)
Cürə nağara
Kos nağara
Rəqs nağarası
Toy nağarası
Çombaq nağara
Qoşa nağara
Dəyirmili bas nağara /yaranma tarixi:2ooo-ci il
Tək üzlü bas nağara
Yarım tək üzlü bas nağara
Zəng bas nağara
Qoşa bas nağara
Böyük bas nağara
Şəbəkə nağara
Üçlük nağara
1 metr diametrli nağara
2 metr diametrli nağara
2 tonluq nağara
↑ "Azərbaycan ənənəvi musiqi atlası - Qoşa nağara" . 2020-02-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-03-02 .
↑ "Arxivlənmiş surət" . 2017-10-09 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2021-01-21 .
↑ "Maks Fasmer. Rus dilinin etimoloji sözlüyü - Baraban" . 2021-08-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-03-02 .
↑ Əfrasiyab Bədəlbəyli . İzahlı monoqrafik musiqi lüğəti - Nağara Arxivləşdirilib 2021-07-28 at the Wayback Machine