Nağda bədii tikmə növü

Nağda bədii tikmə növü — 20 əsrin əvvələrinədək NaxçıvanOrdubad şəhərlərində geniş yayılmışdı.

İstər motivləri, istərsə də kompozisiya quruluşu cəhətdən sadə olub, qadın geyimləri, balış üzü, habelə müxtəlif xırda məişət əşyası üzərində bəzədilirdi. Narıncı şal parça üzərində (85x50 sm) ornamental kompozisiyaya malik balış üzü dörd tərəfdən stilizə olunmuş güllərlə haşiyələnir. Ara sahədə - mərkəzdə mürəkkəb bitki motivlərindən ibarət dairə, bucaqlarda isə uzunsov formada gül təsvirli balışüzünü gö¬zəlləşdirir. Tikmə məmulatının üzərini boşluqdan qurtarmaq və motivi zənginləşdirmək məqsədilə balış üzünün künclərindəki iri yarpaqşəkilli ləçəklərin içərisi güllərlə doldurulur. Dekorativ məmulat üçün stilizə olunmuş nəbati ornamentlərin bacarıqla tətbiqi səciyyəvidir. “Nağda”tikmə üsuluna bəzən pilək, muncuq da tətbiq olunurdu. Sənətkarlıqla işlənmiş bu tikmə növünün ən yaxşı nümunələri Azərbaycan Tarix Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.[1]

  1. Ə l i y e v a G., Naxçıvan bədii tikmələri, Azərb. SSR EA-nın Xəbərləri (ictimai elmlər seriyası), 1961, № 8.