Nadejda Karpova (rus.: Наде́жда Алексе́евна Ка́рпова , 9 mart 1995[1], Yaroslavl) — Rusiyalı qadın futbolçu. Mövqeyi hücumçudur. İspaniyanın "Espanyol" klubunun və Rusiya Milli komandasının şərəfini qoruyur.
Nadejda Karpova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 9 mart 1995[1] (29 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 180 sm |
Çəkisi | 66 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Nadejda Karpova futbol ilə məşğul olmağa doğulduğu Yaroslavl şəhərində başlayıb. Futbolun sirrlərini öyrənməyə başladığı ilk klub, Yaroslavl şəhər 13 nömrəli "Uşaq Gənclər İdman Məktəbi" olub. Futbolçunun ilk məşqçisi Nikolay Vladimiroviç Fadyenko olub.
2010-cu ilin iyununda, Rusiya birinci liqada yarışan "Rosiyanka" klubuna məxsus olan "Zveniqorod Olimpiya Ehtiyatları Məktəbi"ndən dəvət təklifi alır.
2013-cü ildə "Zorkaya" klubuna keçir. 2014-cü ilin may ayında bu klub ilə ilk peşəkar müqaviləsini imzalayır.
Rusiya çempionatında "Zorki"nin heyətində debütu, 11 may 2014-cü il tarixində "Mordovoçki" ilə oyunda baş tutur.
2015-ci ildə "Çertanovo" klubuna keçir. "Çertanovo"nun heyətində debüt oyunu 19 aprel 2015-ci il tarixində, "Kubanoçki" ilə oyunda baş tutur.
20 sentyabr 2017-ci ildə rəsmi olaraq "Valensiya"ya keçərək, İspan klubu ilə iki illik müqavilə imzalayır. İspaniya çempionatında ilk qolunu, 30 oktyabr 2017-ci ildə "Atletiko"nun qapısına vurur. 2017-ci ilin noyabr ayında İspaniya çempionatının 9-cu turunun ən yaxşı oyunçusu seçilir.[2]
2018-ci ilin dekabr ayının sonunda, "Valensiya" və Karpova qarşılıqlı razılıq əsasında, bağladıqları müqaviləni ləğv edirlər və Karpova "Valensiya"nı tərk edir.[3]
4 yanvar 2019-cu il tarixində xanım futbolçu İspaniyanın başqa bir klubu "Sevilya"ya keçir.[4] "Sevilya" klubunda bir mövsumdə meydana çıxdığı 20 oyunda 6 qol vurur.[5]
Futbolçu 23 iyun 2020-ci il tarixində "Sevilya"dan ayrılır.[5] Karpovanın budəfəki dayanacağıda İspaniya olur. Nadejda "Espanyol" klubuna keçir.