Nadir İsrafilov

İsrafilov Nadir Xudaverdi oğluAzərbaycan — tarix üzrə ekspert , publisist, tənqidçi, pedaqoq, Mütəfəkkir.

Nadir İsrafilov
Doğum tarixi (71 yaş)
Doğum yeri Xaçmaz, Xaçmaz rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirmişdir.
Əsərlərinin dili azərbaycanca
İlk əsəri "Mehdizadə və Mərdanov"

Həyatı[redaktə | mənbəni redaktə et]

1952-ci il aprel ayının 21-də Xaçmaz rayonunun Xaçmaz şəhərində doğulmuşdur. 1969-cu ildə Xaçmaz şəhər 1 nömrəli orta məktəbində orta təhsilini rus dilində alır. Orta məktəbi bitirdikdən sonra, elə həmin il ali məktəbə daxil olur. Əmək fəaliyyətinə təyinat yolu ilə Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbində 1973 -cü ildə tarix müəllimi kimi başlayır.

Təhsili[redaktə | mənbəni redaktə et]

1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışmışdır.

Mükafatları, təltifləri və fəxri adları[redaktə | mənbəni redaktə et]

SSRİ dövrü[redaktə | mənbəni redaktə et]

“Ali kateqoriyalı müəllim”, “Azərbaycan (SSR) “Xalq maarif əlaçısı” kimi bir çox mükafatlara, fəxri fərmanlara, beynəlxalq sertifikatlara və döş nişanlarına layiq görülmüşdür”

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Çox sayda proqram, metodik tövsiyələr, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin müəllifidir.

Kitabları[redaktə | mənbəni redaktə et]