Nadir Hüseynov

Nadir Sabir oğlu Hüseynov (d. 11 sentyabr 1960, Gəncə) — Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, diplomat.

Nadir Hüseynov
24 noyabr 2010 – 3 sentyabr 2020
Şəxsi məlumatlar
Doğum tarixi (64 yaş)
Doğum yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Təhsili Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakültəsi
Kiyev Dövlət Universiteti aspirantura

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019

1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur.

1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir.

1988–1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olmuşdur.

1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

1983–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində işləmişdir.

1992–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur.

2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir.

2010-cu noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin iyul ayında Nadir Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[1]

Xarici dillərdən ingilis və rus dillərini bilir.

  1. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.