Nadir Vəlixanov

Nadir Vəlixanov - ədəbiyyatşünas, publisist, filologiya elmləri doktoru [1]

Nadir Vəlixanov
Nadir İbrahim oğlu Vəlixanov
Doğum tarixi
Doğum yeri Şuşa, Azərbaycan
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Təhsili ali

Nadir İbrahim oğlu Vəlixanov 21 noyabr 1926-cı il Şuşa şəhərində anadan olmuşdur. Süleyman Sani Axundovun nəslindəndir. Orta təhsilini 91 saylı Bakı şəhər məktəbində almışdır. 1943-cü ildə Birillik müəllimlər kursunu bitirmişdir. 1944-1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etmişdir. 1950-ci ildə əmək fəaliyyətinə Sumqayıtdakı 25 saylı uşaq evində tərbiyəçi, tədris hissə müdiri kimi başlamışdır. 1951-1953-cü illərdə Bakıda 74 saylı fəhlə-gənclər məktəbində Azərbaycan dili müəllimi olmuşdur. 1953-1960-cı illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi vəzifəsində işləmişdir.

Nadir Vəlixanov 1961-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmışdır. Burada kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışaraq, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçi olmuşdur.[1]

Nadir Vəlixanov 1995-ci il iyunun 27-də Bakıda vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nadir Vəlixanovun ilk didaktik hekayələri ("Ulduz", "Sınmış budaq", "İlham" və s.) və felyetonları "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. Dövri mətbuatda publisist məqalələrlə, hekayə və oçerklərlə vaxtaşırı çıxış etmişdir.

Alim 1966-cı ildə "Süleyman Sani Axundovun həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. XX əsr Azərbaycan ədəbiyyatı problemlərinin tədqiqi ilə məşğul olmuşdur. Bununla bağlı elmi məqalələri qəzet və jurnallarda çapdan çıxmışdır. Süleyman Sani Axundovun "Əsərləri"nin ikicildliyini (1968), "Qara qız" (1976), "Hekayələr və pyeslər" (1976) kitablarını tərtib edib müqəddimə ilə nəşr etdirmişdir.[1]

Nadir Vəlixanov 1994-cü ildə "Azərbaycan maarifçi-realist ədəbiyyatın inkişafı (1890-1920-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Alim "S.S.Axundovun elmi tərcümeyihalı"nı (1991) uğurla başa çatdırmışdır. Onun "S.S.Axundov" kitabçası və "Azərbaycan realist ədəbiyyatının inkişafı (1880-1917-ci illər)" monoqrafiyası kütləvi tirajla çap olunmuşdur.

  1. 1 2 3 "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.