Nadir mirzə Arəstə

Nadir mirzə Bədiəzzəman mirzə oğlu Qovanlı-Qacar (1893, TəbrizXX əsr, Tehran)—diplomat, nazir

Nadir mirzə Arəstə
azərb. Nadir mirzə Bədiəzzəman mirzə oğlu Qovanlı-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Təbriz, Qacarlar səltənəti
Vəfat tarixi
Vəfat yeri
Həyat yoldaşı Əşrəfsəltənə xanım Miftahla
Uşaqları Kuruş mirzə, Fərhad mirzə, Göytu xanım

Həyatı[redaktə | mənbəni redaktə et]

II Nadir mirzə Bədiəzzəman mirzə oğlu 1893-cü ildə Təbriz şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Rus, ingilis və fransız dillərini bilirdi.

Rusiyada 1917-ci il inqilabına qədər Peterburqdakı İran missiyasına başçılıq etmişdi. Sonra Aşxabadda Baş konsul işləmişdi. XX əsrin 20–30-cu illərdə İngiltərədə, Cənubi Amerikada, Polşada, Almaniyada diplomatik işdə çalışmışdı.

1943-cü ildən Nazir təyinatına qədər birinci ostanın osqandarı işləmişdi. İngiltərəyə meyl edirdi. Mürtəzaqulu Bayatın kabinetində Poçt və teleqraf naziri olmuşdu.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Nadir mirzə Əşrəfsəltənə xanım Miftahla ailə qurmuşdu. Kuruş mirzə, Fərhad mirzə adlı oğulları, Göytu xanım adlı qızı var.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]