Nagyrev mələkləri

Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən Nagyrev kəndində 300 nəfərdən artıq kənd sakinin arsenik zəhəri ilə zəhərlənərək öldürülməsindən təqsirləndirilən qadınlar Solnok şəhərində yerləşən həbsxanaya doğru addımlayarkən.

Nagyrev mələkləri (mac. Tiszazugi méregkeverők) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən Nagyrev kəndində 300-dən çox kişi kənd sakinlərinin ölümünə səbəb olmuş kəndli qadınlar. Hadisə 1914–1929-cu illərdə kənddə yaşayan qadınların öz ərlərini arsenik zəhəri ilə müəyyən vaxtlarda zəhərləməsi ilə baş vermişdir. Arsenik zəhərinin qadınlara kənd sakini və Nagyrev kəndində mamaça kimi işləmiş Suzanna Fazekasın təmin etdiyi aparılan araşdırmalara müəyyənləşdirilmişdir. Suzanna Fazekas milçək kağızının suda qaynadılması nəticəsində, suyun üzərinə toplanmış hissədən arsenik zəhərini əldə etmişdir.

Tarix ədəbiyyatlarında Nagyrevdən olan ölüm mələkləri və ya Tiszazuq zəhər qarışdırıcıları kimi müxtəlif adlarla tanınmış kənd qadınlarının hansı səbəbdən öz həyat yoldaşları başda olmaqla yaxın ailə üzvlərinin zəhərlədikləri tam müəyyələşdirilməmişdir. Səsləndirilmiş versiyalar arasında qadınlar həyat yoldaşlarının Birinci Dünya müharibəsinə yollanmasından sonra kənd yaxınlığında salınmış əsir düşərgəsindəki hərbi əsirlərlə yaxınlıq etməyə başlamışdılar və bəzi qadınlar bu müvəqqəti münasibətin davamlı olması üçün kənd kişilərini zəhərləməyi təklif etmişdir.

Bir digər və daha çox üzərində dayanılmış versiya isə kənd qadınlarının öz ərləri tərəfindən ailədaxili şiddətə məruz qalmaqları səbəbindən mamaça Suzanna Fazekasın rəhbərliyi altında belə bir cinayətə əl atmaqları ilə bağlıdır. Nagyrev mələkləri haqqında 2005-ci ildə The Angelmakers[1][2][3] sənədli filmi, 2002-ci ildə isə Hukkle[4] adlı Macarıstan istehsalı bədii filmi çəkilmişdir.

Suzanna Fazekas 1911-ci ildə Nagyrev kəndinə öz ailəsi ilə birlikdə köçmüşdür. Qısa müddətdən sonra həyat yoldaşı müəmmalı şəkildə itkin düşür və bu dövrdə Fazekas kənddə mamaça kimi işləməyə başlayır.[5] 1911–1921-ci illərdə qeyri-qanuni abortla məşğul olduğu üçün, 10 dəfəyə yaxın həbs olunmuş və məsuliyyətə cəlb etmişdir, ancaq buna baxmayaraq dövrünün abortu dəstəkləyən həkimləri tərəfindən həbsxanada yatmaqdan xilas edilmişdir. Bu dövrdə Macarıstan cəmiyyətində gənc qızların evləndirilməsi ailənin şəxsi qərarı ilə müəyyənləşdirilirdi və ailədə gələcəkdə ərin şiddətə və içkiyə meyilli olması belə tərəflərin boşanması üçün əsas sayılmırdı.[6]

Birinci Dünya müharibəsinin başlamasından sonra Nagyrev kəndinin sakinləri Avstriya-Macarıstan İmperiyasının ordusu tərkibində döyüşməyə yollanmışdır. Qismən boşalan kənd müttəfiq orduların əsirlərinin saxlanılması üçün münasib ərazi olaraq seçilmişdir. Belə ki, kəndin düzənlik və nisbətən sərin bir ərazidə yerləşməsi belə bir seçimin edilməsində əsas səbəb kimi göstərilməkdədir. Kəndin yaxınlığında salınmış əsir düşərgəsindəki hərbi əsirlərlə yaxınlıq etməyə başlayan qadınların bir çoxu qısa zamanda özünə bir necə sevgili tapmağı bacarmışdır. Həyat yoldaşlarının cəbhədən qayıtdıqdan sonra yenidən əziyyət və şiddət görəcəklərindən narahat olan qadınlar kənd mamaçasının təklifi ilə öz həyat yoldaşlarının və qisməndə başqa yaxınlarının arsenik zəhəri ilə zəhərləməyə qərar vermişdir.[7]

Plana əsasən kənd mamaçası Suzanna Fazekas öz həyat yoldaşlarını öldürmək istəyən qadınlara milçək kağızından arsenik zəhərinin əldə edilməsi yolunu öyrətmişdir. Milçək kağızı isti vaxtlarda evlərdəki milçək və digər arzu olunmaz hərəşatların öldürülməsində istifadə olunan və üzərində xüsusi yapışqan maddənin olduğu bir vasitədir. Milçək kağızlarını qaynar suda uzun müddəti qaynatmağı və daha sonra suyun səthinə yığılmış xüsusi maddəni toplamağı məsləhət görən Suzanna Fazekas əldə edilmiş zəhər vasitəsilə kənd qadınlarını öz ərlərindən xilas olmağa dəvət etmişdir.[8][9]

Əldə olunmuş zəhər vasitəsilə öz cəbhədən qayıtmış həyat yoldaşlarını öldürməyə başlayan bəzi qadınlar, bir müddət sonra fiziki məhdudiyyətli və yaşlı valideynlərini də öldürməyə başlamışdır. Hətta, bəzi qadınların körpə və yetkinlik yaşına çatmamış uşaqlarını belə öldürdüyü iddia edilməkdədir. Suzanna Fazekas qadınları yaxınlarını öldürməyə ruhlandırmaq üçün Biz nə üçün onlara dözməliyik ? ifadəsini tez-tez işlətdiyi polisə verilmiş ifadələr əsasında müəyyənləşdirilmişdir.[10][11]

Nagyrev kəndində baş vermiş ilk zəhərlənmə faktının 1911-ci ildə baş verdiyi güman olunur. Bu ilk hadisə də, Suzanna Fazekasın əli olmadığı bildirilsə də, sonrakı cinayətlərin hazırlanmasında və törədilməsində mamaçanın əli olduğu güman edilməkdədir. 1920-ci illərin ortalarında sayı iki rəqəmlərlə ifadə olunan müəmmalı cinayətlərə görə Nagyrev kəndi ölüm bölgəsi olaraq adlandırılmışdır. Fazekasın kənddə yaşadığı 18 il ərzində təxminən 45–50 ölüm faktının gerçəkləşdirildiyi təxmin olunmaqdadır. Kənd həkiminin doğmaca əmisi oğlu olması səbəbindən bütün ölüm kağızları onun tərəfindən rəmsiləşdirilmişdir və beləliklə də, cinayətlərin üzərinin tez açılması ləngimişdir.[12]

Cinayətlərin hansı formada aşkara çıxarıldığı dəqiq formada müəyyənləşdirilməyib. Bəzi ehtimallara görə Szabó adlı kənd sakini olan qadın, evində qonaq olan iki nəfər oxşar üsulla zəhərləməyə çalışarkən, qurbanları xilas olmağı bacarıblar və bu barədə polisə məlumat veriblər. Bir digər ehtimal isə kənd yaxınlığında axan çayda çimən yerli tibb universitetinin tələbələrindən biri, çayın suyunda arsen səviyyəsinin yüksək olduğunu müəyyən etmiş və bu barədə yerli polis orqanlarına məlumat vermişdir. Bela Bodo adlı ABŞ əsilli macar tarixçinin fikirlərinə görə isə kütləvi zəhərlənmələrdə iştirak etmiş qadınlardan biri sonradan yerli qəzetlərin birinə kənddə baş vermiş müəmmalı ölümlər haqqında anonim məktub göndərmişdir və hadisələr beləliklə ortaya çıxmışdır.

Macarıstan polisinin apardığı araşdırmalar nəticəsində kənd məzarlığında gizli formada dəfn edilmiş onlarla cəsədin yeri müəyyənləşdirilmişdir. Hadisələrə görə 34 qadın və bir kişi təqsirləndirilmişdir. Sonrakı məhkəmə proseslərində aralarında Suşi Olahında olduğu 26 qadın kənd sakinlərinin öldürülməsində günahkar bilinmişdir. Həmin qadınlardan 8 nəfərinə ölüm hökmü verilmişdir, ancaq cəmi iki nəfəri üçün hökm icra edilmişdir. Hadisələrdə iştirak etmiş daha 12 nəfər də həbs olunmuşdur.

Bu günə qədər Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən Nagyrev kəndində 1914–1929-cu illər aralığında baş vermiş kütləvi ölümlərin tam təfərrüat və səbəbləri məlum deyildir.

  • Gregson, Jessica. The Angel Makers. PaperBooks Ltd. 2007. ISBN 0-9551094-6-9.
  • Newton, Michael. The Encyclopedia of Serial Killers. 2nd edition. Checkmark Books. 2006. ISBN 0-8160-6196-3. pp. 1–2.
  • Bodó, Béla. Tiszazug: A Social History of a Murder Epidemic. Columbia University Press East European Monographs, 2003. ISBN 0-88033-487-8.
  1. Astrid Bussink. "The Angelmakers". archive.dokweb.net (Hungarian və English). Edinburgh College of Art. 2006. 5 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  2. Sharp, Rob. "Mirren film brings war tragedy to Yorkshire". The Guardian. 5 August 2006. 21 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  3. International Documentary Film Festival Amsterdam. "The Angelmakers | IDFA". www.idfa.nl. 20 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  4. Stephen Holden. "Film Festival Reviews; Life's Creatures Glow Until Violence Darkens". www.nytimes.com. 5 April 2003. 20 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  5. Heather Sutfin. "The Angel Makers of Nagyrév". Sword and Scale. 17 August 2016. 20 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  6. Popham, Peter. "Hungary: Murder on the Danube". The Independent. 26 November 2005. 30 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  7. Katherine Ramsland. "Angels of Death – Nurses, nurses who kill their patients (Chapter 5, Murder by Proxy)". The Crime library. 3 March 2007. 3 March 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  8. Fish, Jim. "BBC NEWS | Europe | Unearthing Hungary husband murders". news.bbc.co.uk. 29 March 2004. 25 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  9. Barry Yeoman. "Bad Girls". Psychology Today. Sussex Publishers, LLC. 1 November 1999. 4 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  10. Katie Heaney. "11 Terrifying Female Serial Killers You've Never Heard Of". BuzzFeed. 15 Jul 2014. 29 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  11. "Arxivlənmiş surət". 2017-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-26.
  12. Tonya Blust. "Creepy crimes from the 1920s". www.historictruecrime.com. 12 January 2016. 20 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.