Nail Mərdanov

Mərdanov Nail Teyyub oğlu — texnika elmləri namizədi, "Rabitə ustası"

Nail Mərdanov
Doğum tarixi (52 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi texnika elmləri namizədi

Həyatı[redaktə | mənbəni redaktə et]

Nail Mərdanov 8 iyul 1971-ci ildə anadan olmuşdur[1]. O, 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib.

1993-2003-cü illərdə həmin universitetdə elmi-pedaqoji fəaliyyətdə olub, texnika elmləri namizədidir.

1997-ci ildən 2000-ci ilədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami avtomatik telefon stansiyasının mühəndis-proqramçı, avtomatik nəzarət sistemi şöbəsinin müdiri vəzifələrində işləmişdir.

O, 2001-ci 25 iyuldan Avtomatik Hesablama Mərkəzində, 7 aprel 2004-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru işləmişdir.

2007-ci ildə "Rabitə ustası" fəxri adı ilə təltif olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mərdanov Nail Teyyub oğlu". 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-15.