Nama - Altay inancında Nuh peyğəmbərə bənzər xüsusiyyətlər daşıyan bir adam. Xüsusilə quşlarla olan hekayəsi çox xarakteristikdir. Sular çəkilməyə, dənizlər alçalmağa başlayıb gəmisi bir dağa oturanda ilk əvvəl bir quzğunu pəncərədən sərbəst buraxar amma quş geri dönməz. İkinci gün qarğanı çölə göndərirlər, gəlməyincə üçüncü gün sağsağanı buraxar lakin o da geri gəlməz. Dördüncü günün axşamında göyərçini uçurur pəncərədən, hava qaralmadan ağızında bir zeytun ilə gəmiyə girincə, Nama bu quşu müqəddəs qılması üçün Tanrıya yalvarar. O gündən sonra göyərçinlər insanların evlərinə daxil oldu, çapar olaraq xəbərlərini apardı gətirdi. Quzğunun və qarğa ilə sağsağan nə etdiklərini soruşduqda; birinin ölmüş heyvanların leşlerini yediyini, digərinin sağa sola yığılmış zibilləri qarışdırdığını, o birinin də su üzünə çıxan malları oğurladığını öyrəndi göyərçindən Nama. O üçünə qarğıyaraq, göyərçinə isə alqış deyərək, o anda nə edirlərsə qiyamətə qədər eyni şeyi etmələrini istədi; quzğunlar leş yeməyə, qarğalar zibil qarışdırmağa və sağsağanlar da oğurluğa məhkum edildilər. Göyərçin isə insanlara xəbərçilik etməyə, evlərdə yaşamağa haqq qazanmışdı. Ona görə o gündən bəri də elə edər dayanardılar. Göyerçinin bütün dünyada bir çox cəmiyyətdə bəxt ilə əlaqədar sayılması bəlkə də bu səbəblədir. Nuh peyğəmbər insanların ikinci atası qəbul edilir. Çünki böyük Tufandan sonra insanlar onun nəslindən törəmişdir. Yer üzündə bənzər formalarda mövcud olan tufan əfsanələrinin qəhrəmanı olaraq Xristianlıq və İslamın də yayılması nəticəsində hər mədəniyyətdə tanınmaqdadır.
(Nam/Yam) kökündən törəmişdir . Yapmaq və yaymaq hərəkəti ilə əlaqəli görünməkdədir. Qədim Altay dilində Nemeh, monqolca Nımayan, mançjur və tungus dillərində Namı, buryatca Nama, qədim türkcə Yıma / Cima / imya / Ima / İme sözləri maral mənasını verər və Türk mədəniyyətində maral müqəddəs sayılıb, su və dəniz ilə əlaqələndirilir. Qədim monqolcada Nam / Namug (hal-hazırda Namag), tibet dilində Nəm sözləri də dalğa və bataqlıq mənalarını da ifadə edərlər.
Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.