Namiq Əliyev (Nazir müavini)

Namiq Tofiq oğlu Əliyev (1960, Kirovabad) — Azərbaycan Respublikası vergilər nazirinin müavini (2004–2018), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.

Namiq Əliyev
bayraq
Azərbaycan Respublikası vergilər nazirinin müavini
bayraq2
20 fevral 2004 – 12 yanvar 2018[1]
Şəxsi məlumatlar
Doğum tarixi 1960
Doğum yeri
Rütbəsi
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakültəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.

1984–1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir. 1991–2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.

2004–2018-ci illərdə vergilər nazirinin müavini vəzifəsində çalışmışdır.

Ailəlidir. 2 övladı var.

  1. "N.T.Əliyevin Azərbaycan Respublikasının vergilər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-03.