Namiq Qurbanov

Namiq Qurbanov (Qurbanov Namiq Qurban oğlu; d. 29 aprel 1932, Naxçıvan, Azərbaycan SSR, SSRİ) — Geologiya‑mineralogiya elmləri doktoru, professor. Mərkəzi Elmi‑Tədqiqat Geoloji Kəşfiyyat İnstitutunun əlvan və qiymətli metallar şöbəsinin müdiri.

Namiq Qurbanov
Qurbanov Namiq Qurban oğlu
Doğum tarixi (92 yaş)
Doğum yeri Naxçıvan, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elmi dərəcəsi Geologiya‑mineralogiya elmləri doktoru
Elmi adı professor
İş yeri Mərkəzi Elmi‑Tədqiqat Geoloji Kəşfiyyat İnstitutu

Qurbanov Namiq Qurban oğlu 1932-ci il aprelin 29-da Naxçıvan Muxtar Respublikasında anadan olub. 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə geologiya fakültəsini bitirib. 1954–1964-cü illərdə N. Qurbanov kiçik elmi işçi, 1964–1970-ci illərdə baş elmi işçi olub. 1972-ci ildə N. Qurbanov "filiz və qeyri-filiz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə professor elmi adı alıb. 1970–1982-ci illərdə laboratoriya müdiri, 1982-ci ildən Rusiya Federasiyası Təbii Ehtiyatlar Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat Geoloji Kəşfiyyat İnstitutunun əlvan və qiymətli metallar şöbəsinin müdiri olub.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

N. Qurbanov 1982-ci ildə SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülüb.

1985-ci ildə N. Qurbanova "SSRİ-nin yeraltı sərvətlərinin fəxri kəşfiyyatçısı" adı verilib, 1973-cü ildə alim "Yeraltı sərvətlər kəşfiyyatının əlaçısı" adına layiq görülüb.

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.