Hassa Beek (ərəbcə: حاسة بيك, azərbaycanca: Səni hiss edirəm), həmçinin Nancy9 kimi bilinən albom Livan müğənnisi Nensi Ajramın 9-cu studiya albomudur. 0, 21 aprel 2017-ci ildə In2Musica tərəfindən çıxarılmışdır. Nensi albomu 2014-cü ildən planlaşdırmağa başladı, 2015-ci il boyunca işlərə davam etdi. Hansı ki, bu müddət ərzində o, 15 noyabr 2015-ci ildə Maakoul El Gharam sinqlını da çıxartdı. Bu mahnı Anghami platformasında 12 saat ərzində artıq 1-ci yerdə idi.
Hassa Beek albomu artıq 21 apreldə iTunesdə yüklənməyə hazır idi. Nensi və meneceri Jiji Lamara daha öncəki albomlarda birlikdə çalışdıqları insanlarla əməkdaşlığa davam etdilər. Onlardan Tarek Madkour, Valid Saad, Samir Sfeir, Mohammed Rifai, Ahmed İbrahim və Hadi Şarara ilə yanaşı, Xaled Tag Eldeen, Salim Assaf, Tamer Hussein və Hişam Boulas kimi yeni isimlərlə də əməkdaşlığa imza atdılar.
Nancy9 | |
---|---|
Yayımlanma tarixi | 21 Aprel 2017 |
Janr | Pop |
Müddət | 54:51 |
Leybl | In2Musica |
Prodüser | Jiji Lamara |
Öncəki albomundan 3 il ara keçəndən sonra bu yeni albom Nensi Ajram üçün çox gözəl bir qayıdış oldu. Nancy9 yaxud Hassa Beek albomu musiqi tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilməklə yanaşı, ən yaxşı albom olaraq, bir çox siyahılarda yer aldı.
26 mart 2017-ci ildə Nensi öz sosial media hesablarında albomun qapaq şəklini paylaşaraq, çıxış tarixini də açıqladı. 2 gün sonra o, hər mahnısının 10 saniyəlik hissəsindən ibarət video paylaşdı. İlk olaraq El Hob Zay El Water və Keefak Bel Hob mahnıları reklam sinqlları olaraq təqdim olundu. Əvvəlcə 31 martda rəqəmsal şəkildə çıxsa da, 1 gün sonra artıq radiolara da verildi. Albom bütövlüklə 21 apreldə rəqəmsal olaraq bütün dünyada buraxılarkən, 2 gün sonra Ərəb dünyasında fiziki olaraq CD şəklində də çıxdı.
Albomun aparıcı sinqlı olan Aam Betaala' Feek 26 dekabr 2016-cı ildə eksklüziv olaraq, Anghami musiqi portalında çıxdı, bununla da bu mahnı bu portalın tarixində ən sürətlə 1 milyonu keçən mahnı olaraq rekord qırdı. Mahnı bir neçə həftə ərzində yüksək yerlərdə duraraq, böyük uğura imza atdı. 2 həftə sonra 1 yanvar 2017-ci ildə mahnının klipi çıxdı.
Albomun başlıq mahnısı olan Hassa Beek isə 2-ci mahnı olaraq 6 apreldə çıxdı. Mahnı müxtəlif ərəb ölkələri top listində 1-ci yerdə durdu. Mahnının klipi də eyni gündə təqdim olundu və ilk 24 saatda artıq Youtube portalında 1 milyon baxış sayını keçdi.
W Maak 29 mart 2018-ci ildə albomun 3-cü sinqlı olaraq çıxdı. Mahnının klipi də eyni gündə təqdim olundu. Klip böyük uğur qazanaraq, bir neçə böyük mükafata layiq görüldü. Hassa Beek və W Maak mahnılarının hər ikisinin də klipini 5 illik fasilədən sonra Leila Kanaan çəkdi.
Adı | Sözləri | Musiqisi | Prodüser | Müddəti |
---|---|---|---|---|
1. "Hassa Beek" (Səni hiss edirəm) | Khaled Tag Eldeen | Khaled Ezz | Tarek Madkour | 3:46 |
2. "Helm El Banat" (Qızların arzusu) | Salim Assaf | Salim Assaf | Bassem Rizk | 3:41 |
3. "Khamsa Farfasha" | Ayman Bahgat Amar | Walid Saad | Tarek Madkour | 4:29 |
4. "Albi Biyes'al Einy" (Qəlbim gözümdən soruşur) | Amir Teima | Khaled Ezz | Tarek Madkour | 4:15 |
5. "Kharab Byoot" | Ziad Bourji | Ziad Bourji | Hadi Şarara | 3:29 |
6. "El Hob Zay El Watar" (Sevgi ruhun nəğməsidi) | Mohammed Rifai | Walid Saad | Ahmed Ibrahim | 4:23 |
7. "Keefak Bel Hob" | Mounir Bou Assaf | Hicham Boulos | Bassem Rizk | 3:42 |
8. "W Maak" (Səninlə) | Mohammed Rifai | Mohammed Yehia | Hadi Şarara | 3:41 |
9. "Mesh Enta" | Mounir Bou Assaf | Hicham Boulos | Bassem Rizk | Bassem Rizk |
10. "Zabbat W Khattat" | Tamer Hussein | Walid Saad | Ahmed Ibrahim | 3:17 |
11. "Bel Sodfa" (Təsadüfən) | Bahaa Aldin Mohammed | Walid Saad | Ahmed Ibrahim | 4:18 |
12. "Ayi Hob W Ayi Gheera" (Sevgi və qısqanclıq) | Khaled Al Marikhi | Talal | Hussam Kamil | 4:36 |
13. "Aam Betaala' Feek" (Sənə bağlanıram) | Ziad Bourji | Ziad Bourji | Hadi Şarara | 3:36 |
14. "Rooh Ya Shater" (Gəl əzizim) | Safouh Shaghala | Samir Sfeir | Boudy Naoum | 3:59 |