Nant İncəsənət Muzeyi (fr. Musée d'arts de Nantes) — Nant şəhərində yerləşən İncəsənət Muzeyi. Ölkənin ən böyük beş regional muzeylərindən biridir. 1804-cü ildə açılıb.
Nant İncəsənət Muzeyi | |
---|---|
musée d'Arts de Nantes | |
Əsası qoyulub | 1 sentyabr 1801 |
Açılış tarixi | 1804 |
Təsisçi | |
Ölkə | |
Yerləşir | Nant, Fransa |
Ziyarətçi sayı | 112 000 nəf. |
Telefon | +33 2 51 17 45 00[3], +33-2-51-17-45-00[4] |
47°13′10″ şm. e. 1°32′50″ q. u.HGYO | |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin kolleksiyaları 12-ci əsrin sonundan 19-cu əsrin sonuna qədər olan dövrləri əks etdirən heykəllər və rəsmlərdən ibarətdir. Birinci mərtəbə, əsasən, 1950-1960-cı illərdə rəssamların yaradıcılığına xüsusi diqqət yetirərək Fransanın müasir incəsənətinə həsr olunub. Digər mərtəbələrdə İtalyan primitivistlərinin, impressionistlərin və müasir ustaların, xüsusən Vasili Kandinskinin əsərləri var.