Napoleon kompleksi (fr. Complexe de Napoléon) - bəstəboy insanlarda (xüsusən kişilərdə) teorik vəziyyəti izah etmək üçün istifadə olunan termin. Napoleon kompleksi olan insanlar əsasən aqressiv davranışlar göstərirlər. Belə davranışların əsas səbəbi kimi isə boylarının qısa olması və bununla bağlı yaranmış narahatlıq hissinin dəf edilməsi ilə bağlıdır. Napoleon kompleksi digər adlarlada məşhurdur. Bunlardan Napoelon sindiromu və Qısa adam sindiromu daxildir.[1][2][3] Napoleon Bonapart bəstəboy olduğundan və bu vəziyyətlə bağlı sıxıntı yaşadığından kompleksə zamanla onun adına adlandırılmışdır.