Narıncı südləyən

Narıncı südləyən lat. Lactarius deliciosus — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.[1]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 3-10sm cavan dövründə qabarıq, sonradan səthi qıfvari çökmüş, narıncı, sarı-narıncı, hamar, zəif selikli, konsentrik zonalıdır. Lövhələr sarımtıl-narıncı, sıx, qovuşan və ya ayaqcığa doğru bir qədər sürüşəndir. Lövhəciyə toxunduqda çıxan süd şirəsi şirintəhərdir, rəngi narıncı, havanın təsirindən yaşıllaşandır. Ayaqcıq 2-8 x 2-2,5 sm silindrik, içiboş, papaqcıq ilə həmrəngdir. Yüksək keyfiyyətli yeməli göbələkdir. [2][1][3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

İynəyarpaqlı ağacların simbiotrofudur. Meyvə cismi avqust-sentyabr aylarında inkişaf edir. [2][1][3][5]

Yayılması[redaktə | mənbəni redaktə et]

Göygöl Dövlət qoruğunun iynəyarpaqlı meşələrində rast gəlinir.[2][1][3][5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyasıyanın sayı azdır.[2][1][5]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

İynəyarpaqlı ağaclarla simbiotrof inkişaf tərzi məhdudlaşdırıcı amil ola bilər. [2][1][3][5]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Yeməli göbələk olduğu üçün kütləvi toplanmasına məhdudiyyət qoyulması məqsədəuyğundur.[2][1][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  2. 1 2 3 4 5 6 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  3. 1 2 3 4 Садыгов А. 1985
  4. Дудка И.А., Вассер С.П. 1987
  5. 1 2 3 4 5 Tərtibçilərin məlumatları.