Narbuta biy

Narbuta biy (1749-1798)—1764 -1798-ci illərdə Kokand xanlığını idarə etmiş hakim.

Narbuta biy
1764 – 1798
ƏvvəlkiSüleyman biy
SonrakıAlim xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kokand, Kokand xanlığı
Vəfat tarixi
Vəfat yeri Kokand, Kokand xanlığı
Milliyyəti Özbək türkü
Fəaliyyəti rəhbər[d]
Dini Sünni İslam

1764-cü ildən 1798-ci ilə qədər Kokand xanlığını Əbdülkərim biyin nəvəsi Narbuta biy minq idarə edirdi. Məlumatlara görə Narbuta biy uzun müddət hakimiyyətdən imtina etmişdi. Deyilənlərə görə, onun Fərqanədə hakimiyyəti təhlükəli idi.

Kokandın tanınmış əyanları təntənəli surətdə Narbuta biyin qarşısında sədaqət andı içdilər. Ancaq bundan sonra Narbuta biy Fərqanənin hakimi olmağa razılıq verdi.[1].

Narbuta biyin xanlığı dövründə Cust və Namanqan separatist hakimlərinin qüvvələri tərəfindən əzildi. Sonra o, üsyançı Xocənd hakimi üzərində qələbə çaldı, eyni zamanda Ura-tube formal olaraq Buxaradan asılı qaldı.

Narbuta biyin xanlığı dövründə Kokand xanlığının ərazisi xeyli genişləndi.

XVIII əsrdə Daşkənd iri ticarət mərkəzi idi, Qazaхıstan, Rusiya, Orta Asiya xanlıqları ilə karvan ticarəti yüksək səviyyəyə çatmışdı. Cunqar hakimiyyətindən, Buxara asılılığından azad olunduqdan sonra, daşkəndlilər qonşu xanlıqlarda olmayan şəhər idarəetmə formasını yaratdılar. Şəhər 4 hissəyə bölünmüşdü. Hər bir hissəsini müstəqil hakim idarə edirdi. Varlılar və tanınmış əyanlar özləri bu hakimləri seçirdilər və bəzən məsələləri ümumi qurultayda həll edirdilər. Bu inzibati hakimlər növbə ilə xarici düşmənlərə qarşı hərbi qüvvə çıxarır, vacib məsələləri yığıncaqda həll edirdilər.

Narbuta biy Buxara əmiri Şahmuradla (17851800) mehriban münasibət qurmuşdu.[2]

Narbutu biy pul adlı mis sikkə zərb etdirmişdi.[3]

Narbutu biy 1798-ci ildə vəfat etdi.

  1. История Средней Азии. Москва: Евролинц. Русская панорама, 2003, с.304
  2. История Средней Азии. Москва: Евролинц. Русская панорама, 2003, с.309
  3. Ишанханов С. Х., Каталог монет Коканда XVIII—XIX вв. Ташкент, 1976, с.5