Narsis Yameoqo (19 noyabr 1980[1], Uaqaduqu) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş Burkina-Faso yarımmüdafiəçisi
Narsis Yameoqo | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Uaqaduqu, Burkina-Faso | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 172 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumameylli yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Kamaça | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
1980-ci ilə təvəllüdlü Yameoqo Portuqaliyanın məşhur "Portu" klubunun yetirməsi hesab olunur. O, 1989-91-ci illərdə bu komandanın müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 1999-cu ildə vətəninə yollanıb və iki mövsüm "ASFA Yennega" klubunda çıxış edib. Ardınca Seneqala üz tutaraq "Janna D'Ark"la anlaşıb. 2003-cü ildə Portuqaliyaya qayıdıb. Bir mövsüm "Braqa"nın heyətində olub. Bu müddətdə Portuqliya çempionatında 4 oyun keçirməyə imkan tapıb. 2004-cü ildə Portuqaliyanın aşağı dəstə təmsilçisi "Portimonense" transfer olunub. 2006-cı ilə qədər bu klubda çıxış etdikdən sonra başqa bir aşağı dəstə təmsilçisi – "Olhanense"yə keçib. Onun növbəti dayanacağı isə Portuqaliyanın "Ribeirao" klubu olub. 2007/08 mövsümündə bu komandanın formasını geyindikdən sonra Bəhreynə yollanıb. Qısa müddət "Riffa"da çıxış etdikdən sonra yenidən Portuqaliyaya qayıdaraq, keçmiş klubu "Portimonense" ilə anlaşıb. 2008/09 mövsümündə bu komandanın 22 oyununda meydana çıxaraq, 4 qola imza atıb. 2009-cu ilin yayında Muğan Salyan klubuna transfer olunub.
Yameoqo 1999-cu ildən indiyə qədər 42 dəfə Burkina-Faso milli futbol komandasına dəvət alıb və 6 qola imza atıb.
Narsis Yameoqo Azərbaycanın futbol tarixinə düşmüşdür. O, Afrika Millətlər Kubokunun final mərhələsində Azərbaycan çempionatında çıxış edən ilk futbolçu olmuşdur. Narsis dünya və qitə çempionatlarının final mərhələlərində Azərbaycan klubunu təmsil edən ilk futbolçu kimi tarixə düşüb. O, Kot-d’ivuarla matçda start heyətdə meydana çıxaraq 62 dəqiqə mübarizə aparıb[2].