Narva çayı

Narva (est. Narva jõgi) — Estoniya və Rusiya Federasiyasının Leninqrad vilayətinin sərhədindəki çay. Alukse və Bek adları da ədəbiyyatda rast gəlinir. Sonuncu ad 17-ci əsrdə İsveç hakimiyyəti dövründə istifadə edilmiş və Adam Oleari tərəfindəndə xatırlanır. Çay sahilin boyunca yerləşən şəhərlər: İvangorod (Rusiya), NarvaNarva-Yıesuu (Estoniya). Çay sahillərini hazırda iki körpü birləşdirir. 1991-ci ildən bu yana Rusiya-Estoniya sərhədini təşkil edir. Çay sahili boyunca bölgə Prenarovye adlanır.

Narva çayı
est. Narva
Ölkələr
Mənbəyi  
 • Yüksəkliyi 30 m
Mənsəbi  
 • Yüksəkliyi 0 m
Uzunluğu 77 km
Su sərfi 399 m³/s
Hövzəsinin sahəsi 56200 km²
Narva çayı (Estoniya)
mənbəyi
mənsəbi
Narva çayı Estoniyaın fiziki xəritəsində:

58°59′14″ şm. e. 27°43′49″ ş. u.HGYO

59°28′12″ şm. e. 28°02′36″ ş. u.HGYO
DSR[rus.] 01030000412104100000010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas məlumatları

[redaktə | mənbəni redaktə et]
Narva çayı hövzəsinin xəritəsi

Çay Çud-Pskov gölündən başlayır və Baltik dənizinin Fin körfəzindəki Narva buxtasına axır.

Çayın uzunluğu 77 km-dir, bunun 40 km-i yuxarı, 20 km-i orta, 17 km-i isə aşağı axar təşkil edir. Hövzəsinin sahəsi 56.200 km²-dir. Çayın ağzında suyun axıdılması 399 m³/s[1] və ya 12,58 km³/il təşkil edir ki, bu da mənbədən 78 m³/s və ya 2.46 km³/il çoxdur. Çayın düşməsi 30 m-dir, bunun 19% -i (4–7,5 m) Narva şəlalələrinin, 16% (5 m) isə Omut astanalarının payına düşür. Potensial su elektrik ehtiyatları: orta illik gücü 141 MVt, orta illik istehsal 1235 milyon kilovat-saatdır. Orta eni 200–300 m, lakin su-elektrik stansiyasından aşağıda 390 m-ə qədər olur. Ən böyük eni isə Verxovski adasının yuxarı axınlarında müşahidə olunur — təxminən 900 m. Orta dərinliyi 3–4 m, su-elektrik stansiyasının altında 6 m-dən 11 m-ə qədər artır. Mənsəbində isə 15 m-ə qədərdir. Çay axınının orta sürəti 1 m/s, astanalarda 3 m/s, aşağı hissəsində isə 0,5 m / s-ə çatır. Çayda buzlanma 5,5 aya qədər davam edir. Yayda isə suyu azalır. Çayın qidalanmasının əsasını qar suları təşkil edir. Çud gölünün suyuda öz növbəsində əsas mənbəyidir. Su-elektrik stansiyaları: Narva su-elektrik stansiyası.

Çayın boyunca olan şəhərlər: İvangorod (Rusiya), NarvaNarva-Yıesuu.

Gəmişilik üçün yararlıdır: Narva su-elektrik stansiyasının (14.9 km) və Narva su anbarının (15 km) altında. Bütünlüklə çay axınının 40% gəmiçiliyə yararlıdır. Əsas qolları: Plyussa, Rosson

Çayın adını Veps dili ilə müqayisə edən M. Fasmerin ən populyar etimologiyası Narvaine "astana" mənasındadır. Saitlərin əvəzlənməsini nəzərə alaraq Baltik mənşəli ümumi hidronimik kökdən Nar/ Ner -dən əməlkə gəlməsi deyilir. Nəhayət qədim alman dilindən narva "dar" mənasında olan sözdəm meydana gəlməsi deyilir. Əksər hallarda dar boğazlara da Narva deyilir[2][3].

1681[4], 1684[5], 1900[6], 1900[7], 1905[8] və 1933-cü il[9] xəritələrində çay Narova kimi göstərilmişdir.

Çay 1927-ci ildə Estoniya tərəfinin təşəbbüsü ilə adlandırıldı. 1927-ci il "Starı Narvski Listok" qəzeti bu hadisəni belə təsvir edir: "Ana Dili Akademik Cəmiyyətinin təklifinə və Virskago Dairə İdarəsinin qərarına (" Riigi Teataja "1927 № 5) əsasən "Narova" sözünün əvəzinə bundan sonra "Narva" sözü istifadə ediləcəkdir. Buna görə adlar belə olacaqdır:Ust Narova–Ust-Narva; Narova çayı–Narva çayı; Narovo dairəsi-Narva dairəsi[10].

1976-cı ildə xəritədə Narva çayı kimi göstərilmişdir[11].

"Narva Losos 2014" balıq ovlama yarışması

Narva balıqla zəngindir. Burada Rutilus, xanı, çapaq, adi durnabalığı, qızılüzgəc və başqa balıq növləri Çud gölü və Narva su anbarında olduğu kimidir.

  1. "Narva at Narva-Ges". webworld.unesco.org. 2009-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-24., UNESCO: Water resources
  2. G. von Sabler. Ober die Herkunft des Flussnamens Narowa // "Sitzungsberichte der Gelehrten Estnischen Gesellschaft. 1910. Jurjew-Dorpat, 1911" (PDF). dspace.ut.ee. 2018-07-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-17. S. 166.
  3. Merlijn de Smit. "Insular Etymologies". www.academia.edu. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
  4. "карта 1681 г." (PDF). vana.narvaplan.ee. 2017-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-17.
  5. "карта 1684 г." vana.narvaplan.ee. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
  6. "карта 1900 г." (PDF). vana.narvaplan.ee. 2018-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-17.
  7. "карта 1900 г." (PDF). vana.narvaplan.ee. 2018-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-17.
  8. "карта 1905 г." (PDF). vana.narvaplan.ee. 2018-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-17.
  9. "карта РККА 1933 г." maps.monetonos.ru (rus). 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
  10. "газета «Старый Нарвский Листок» 1927 год". sites.google.com. 2016-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
  11. "карта 1976 года". vana.narvaplan.ee. 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.