Nasikabatrachus sahyadrensis

Nasikabatrachus sahyadrensisNasikabatrachus cinsinə və Nasikabatrachidae[2] mono fəsiləsinə aid olan qurbağa növü. Hindistanın Qərbi Qat dağları ərazisində yayılmışdır.

Nasikabatrachus sahyadrensis
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Nasikabatrachus sahyadrensis
Beynəlxalq elmi adı

Növ yalnız 2003-cü ildə qeydə alınmış və təsnifatı təsdiqlənmişdir. Bu canlılar cəmi 14 km² ərazidə yayılmışlar. Bu canlıların ən yaxın qohumları olan Seyşel qurbağaları, onların yaşadığı arealdan 3 min km cənubda yayılmışdır.[3]. Ancaq bu canlıları kəşf edən Bidcu onları ayrı sinifə aid edir.[4]

Nasikabatrachus sahyadrensis ilin böyük hissəsini torpağın altında keçirir. Yalnız ildə 2 həftə mussonlar dönəmində cütləşmək məqsədilə torpağın səthinə çıxır. Bu xüsusiyyət bu qurbağaların aşkarlanmasına maneə olmuşdur. qidalanmaq məqsədilə torpağın səthinə çıxmırlar Sadəcə yer altındaca termitlə qidalanırlar.[5]

Nasikabatrachus latın atını qəribə burnuna görə almışdır.

Bir yuvarlaq bədəni vardır. Ətraflar qurbağanın digər növlərində olduğu kimi kənara çıxır. Kiçik başa sahibdirlər. Sakit halda olan qurbağa bir jeleni xatırladır və bənövşəyi rəngdə olur. Uzunluqları 5–9 sm[6] arasında dəyişir. Növün qeydə alınması zamanı araşdırma işləri aparılan qurtbağanın uzunluğu 7 sm ollmuşdur.

2008-ci ildə Scienceray saytının əsas aparıcılarından biri olan Çan Li Pen Nasikabatrachus sahyadrensis qurbağasını dünyanın 20 ən qəribə və çirkin heyvanları siyahısına daxil etmişdir[7][8].

Video və audio

[redaktə | mənbəni redaktə et]
  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. "Amphibian Species of the World 6.0, an Online Reference". 2016-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
  3. "Незнакомые обитатели нашего мира". 2010-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
  4. Первооткрыватель самой маленькой в мире лягушки индийский профессор Биджу удостоен премии Всемирного союза охраны природы [ölü keçid] (rus.)
  5. "C. Radhakrishnan, K. C. Gopi and Muhamed Jafer Palot (2007) Extension of range of distribution of Nasikabatrachus sahyadrensis Biju & Bossuyt (Amphibia: Anura: Nasikabatrachidae) along Western Ghats, with some insights into its bionomics" (PDF). 2019-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-24.
  6. "AmphibiaWeb. Nasikabatrachus sahyadrensis". 2007-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
  7. "Dünyanın ən çirkin heyvanlarının reytinqi". 2011-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
  8. "Dünyanın ən çirkin heyvanlarının reytinqi (Scienceray)". 2008-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]