Nataliya Baliyeva (tam adı: Nataliya Gennadiyevna Baliyeva; 1954, Kuybışev) — aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti (2000).
Nataliya Baliyeva | |
---|---|
Nataliya Gennadiyevna Baliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Samara, RSFSR, SSRİ |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
F.Volkov ad. Yaroslavl Teatr məktəbini bitirmişdir. 1975 ildən səhnə fəaliyyətinə başlamışdır. Azərb. Dövlət Rus Dram Teatrının səhnəsində müxtəlif səpkili obrazlar yaratmışdır: Fitnə ("Fərhad və Şirin", S. Vurğun), Dina Fyodorovna ("Kişi qadının yanına gəldi", S. Zlotnikov), Aynur ("Büllur sarayda", İ. Əfəndiyev), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Şarlotta ("Müqəddəs əjdahalar", J. Kokto) və s.
N.Baliyeva 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirmişdir. 1975-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatr səhnəsində 50-dən çox rol oynamışdır.
Onun yaratdığı Kamelkova (B.Vasilyev "A zori zdes tixiye"), Fitnə (S.Vurğun "Fərhad və Şirin"), Kapoçka (A.N.Ostrovski "Prazdniçnıy son do obeda"), Luiza (R.Toma "Vosem lübyaşşx cenşin"), Şuroçka (A.P.Çexov "İvanov"), Zoxra (H.Javid "Şeyx Sənan"), Valya (A.Qelman "Zinulya"), Nataşa (M.Qorki "Na dne"), Marianna (C.B.Molyer "Tartüf"), Xerarda (L.de Veqa "Xitroumnaya vlüblennaya"), Dvoyra (İ.Babel "Zakat"), Burla Xatun (N.Xəzri "Burla Xatun") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
2000-ci ildə N.Baliyeva Əməkdar artist fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə[1], 9 may 2018-ci ildə[2], 10 may 2019-cu ildə[3], 7 may 2021-ci ildə[4], 10 may 2022-ci ildə[5] və 6 may 2023-cü ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.
17 mart 2021-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur.[7]