Natalya Şipilova

Natalya Şipilova (d. 1 yanvar 1980) — Rusiyanı təmsil edən həndbolçu.[1]

Natalya Şipilova
Ümumi məlumatlar
Tam adı Natalya Şipilova
Doğum tarixi (44 yaş)
Doğum yeri
Vətəndaşlığı Rusiya Rusiya
Boyu 184 sm. (6 ft 0 in) m
Çəkisi 83 kq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası[redaktə | mənbəni redaktə et]

Natalya Şipilova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.

Daha sonra Natalya Şipilova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Natalya Şipilovanın tərcümeyi-halı  (ing.)". www.sports-reference.com. 17 April 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2019-cu il.