Natiq İbrahimov

Natiq İbrahimov (tam adı: İbrahimov Natiq Səhrab oğlu; 28 mart 1953, Mıxlıqovaq, Qutqaşen rayonu) — Lənkəran Dövlət Universitetinin rektoru[1]

Natiq İbrahimov
May 2016 – 2005
ƏvvəlkiAsəf İsgəndərov
Şəxsi məlumatlar
Doğum tarixi 28 mart 1953(1953-03-28) (71 yaş)
Doğum yeri
Elmi fəaliyyəti
Elm sahəsi Mexanika-riyaziyyat
Elmi dərəcəsi Riyaziyyat elmləri doktoru
Elmi adı Professor

İbrahimov Natiq Səhrab oğlu,1953-cü il 28 mart tarixində Qəbələ rayonu Mıxılqovaq kəndində anadan olub. N. İbrahimov Mıxılqovaq kənd orta məktəbini bitirib. 1972–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Ailəlidir, 3 övladı var. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.[2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1979–1982-ci illərdə Universitetin nəzdində Hesablama mərkəzində riyaziyyatçı-proqramist vəzifəsində çalışıb.
  • 1982–1985-ci illərdə fakültənin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı işləyib.
  • 1985–1992-ci illərdə fakültənin Tədris laboratoriyasının müdiri, eyni zamanda kafedranın müəllimi olub.
  • 1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.
  • 2014-cü ildən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.
  • 2016-cı il may ayından Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edibedirdi.

Ölkəmizdə təsdiq olunmuş Təhsil Strategiyasına uyğun olaraq Lənkəran Dövlət Universitetində islahatların aparılmasına və universitetin maddi texniki bazasının müasir tələblərə cavab verən səviyyəyə qaldırılmasına, şəffaflığın və hesabatlılığın təmin olunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib. LDU-nun xarici ölkə universitetləri ilə əlaqələrinin qurulması (50-ə yaxın Türkiyə və avropa universitetləri və mərkəzləri) və möhkəmlənməsi işini, tələbə və müəllimlərin mübadiləsini təşkil edib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1997-ci ildən Fizika-riyaziyyat elmləri namizədi, 2015-ci ildən Riyaziyyat üzrə elmlər doktoru, professor elmi adlarını alıb. Bir monoqrafiya, 2 dərs vəsaiti və bir neçə proqramın müəllifidir. 4 nəfər doktorantın elmi rəhbəridir.

  1. "N.S.İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-24.
  2. "Rektor, professor Natiq İbrahimov". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-24.