Natiq İlyas oğlu Əhmədov (1 fevral 1969, Kosalar, DQMV – 26 sentyabr 1991, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.
Natiq Əhmədov | |
---|---|
Natiq İlyas oğlu Əhmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 26 sentyabr 1991 (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Qoşun növü | SSRİ DİN-nin Daxili qoşunları[d] |
Təltifləri |
Natiq Əhmədov 1 fevral 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ağdamın Novruzlu kəndində orta məktəbi oxumuş, Kalininqrad şəhərinin artilleriya hissəsində hərbbi xidmətdə olmuşdur. Natiq Əhmədov 1988-ci ildə ordudan tərxis olunur. Bir müddət Kalininqradda qalıb işləyir. Vətən çağırır onu. Natiq Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlıf idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə ləyaqətlə qoruyurdu. Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini-karateni öyrənmişdi. O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş-gəlış son dərəcə çətinləşmişdi. Ermənilər yol boyunca pusqular qurur, ardı-arası kəsilməyən terror əməlləri törədirdilər. Natiq Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi.
26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən ermənilər tərəfindən pusquya düşmüş avtobusu görür. Avtobusdakı mülki şəxsləri xilas etmək üçün iş yoldaşı ilə birgə son damla qanına qədər döyüşür. Həmin döyüşdə Natiq qəhrəmancasına Şəhid olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.