Natiq Qasımov (tam adı:Qasımov Natiq Əbülfəz oğlu; 19 mart 1960, Bakı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010).[1]
Natiq Qasımov | |
---|---|
Qasımov Natiq Əbülfəz oğlu | |
Doğum tarixi | 19 mart 1960 (64 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Əbülfəz Qasımov |
Elm sahəsi | İqtisadiyyat |
Elmi dərəcəsi | İqtisadiyyat elmlər doktoru |
Elmi adı | Professor |
İş yerləri | Azərbaycan Respublikası vergilər nazirliyinin müavini (2002-2010), zərbaycan Dövlət İqtisad Universiteti |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
Üzvlüyü | Beynəlxalq İqtisadçılar İttifaqı |
Qasımov Natiq Əbülfəz oğlu 19 mart 1960-cı ildə Bakıda anadan olub.[2]
1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu iqtisadiyyat fakütləsini bitirib.[3]
1988-ci ilədək Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüafının iqtisadiyyatı və Təşkili İnstitutunda böyük elmi işçi işləmişdir. 1988–93-cü illərdə Azərbaycan İqtisadçılar İttifaqı sədr müavini olub. 1993–94-cü illərdə Azərbaycan Elmi Tədqiqat Yeyinti Sənayesi İnstitutunun direktoru olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. 1998–2002-ci illərdə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru olub. Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010) olub.[4]
6 monoqrafiyanın,80-dən çox elmi məqalənin,9 kitabçanın müəllifidir. 1998-ci ildə iqtisadiyyat elmlər doktoru, 1999-cu ildə professor olub. Tədqiqatları, əsasən Azərbaycanda bazar münasibətlərinə keçid şəraitində sosial islahatlar və cəmiyyət, sosial-iqtisadi inkişaf və demoqrafik proses problemlərinə həsr edilmişdir. İqtisadçıların simpozium və konfranslarında məruzələr etmişdir.