Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Natiq Qubad oğlu Babayev, Natiq Qubadoğlu (20 may 1959, Ucar) — Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, telejurnalist, c.ü. fəlsəfə elmləri doktoru, "Qızıl qələm" mükafatı laureatı (2012), Beynəlxalq Rəsul Rza mükafatı laureatı (2009). "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Peşəkar jurnalist" mükafatçısı (2008).
Natiq Qubadoğlu | |
---|---|
Natiq Qubad oğlu Babayev | |
Doğum tarixi | |
Doğum yeri | Çiyni, Ucar rayonu, Azərbaycan Respublikası |
Fəaliyyəti | ssenarist |
Natiq Qubadoğlu əslən Ucar rayonunun Çiyni kəndindəndir. O, 1959-cu il may ayının 20-də İsmayıllı rayonunun Keyvəndi sovetliyinin Minkə kəndində anadan olub. Bir müddət sonra ailəsi yenidən Ucar rayonunun Çiyni kəndinə qayıdıb. Natiq Qubadoğlu həmin kənddə 8 illik, Qaradağlı kəndində isə 10 illik orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Natiq Babayev 2005-ci il iyulun 4-də İctimai televiziyanın Ədəbiyyat və incəsənət verilişləri departamentinin direktor müavini vəzifəsinə təyin olunana qədər Azərbaycan Televiziyası və Radio Verilişləri Dövlət Komitəsində kiçik redaktordan böyük redaktora qədər müxtəlif vəzifələrdə çalışmışdır. O, xüsusilə 1993-cü ildən 2005-ci ilə qədər həmin televiziyanın İctimai-siyasi proqramlar redaksiyasının böyük redaktoru vəzifəsində çalışdığı müddət ərzində özünü bacarıqlı reportuyor, istedadlı redaktor və ölkədə baş verən hadisələrin nəbzini tutmağı bacaran, milli təfəkkürə malik, daim dövlətçiliyə xidmət edən təcrübəli jurnalist kimi göstərmişdir. İctimai Televiziyada çalışdığı bu illər ərzində Natiq Babayev peşəkar telejurnalist kimi yadda qalmışdır. Daim yaradıcılıq axtarışında olan Natiq Babayev jurnalist kimi analitik süjetlərə, araşdırma mövzularına, tədqiqata meyillidir. Onun İctimai Televiziyada efir üzü görən "Bir kəndin nağılı", "Tariximiz…Taleyimiz", "Toponimlər", "Danışan tarix", "Torpaq", "Sərvətimiz" kimi verilişləri həm şirkətin rəhbərliyi, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Natiq Babayev jurnalistika sahəsində olduğu kimi elmi-yaradıcı fəaliyyətlə də məşğul olub. O, "Kəlbəcər-Laçın regionu oykonimlərinin ərazi, məkan xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.
Hazirda AMEA-da "Coğrafiya tarixi və toponimika" şöbəsinin böyük elmi işçisidir. BDU-nin müəllimidir.
Ailəlidir. İki övladı var.
Elmi məqalələri
1. N. Q. Babayev. Laçın coğrafi adının etimologiyasına dair // Azərbaycan Coğrafiya cəmiyyətinin əsərləri, XVI cild. Bakı: Avropa, 2011, s. 328.
2. N. Q. Babayev. Azərbaycanda bəzi paleotoponimlərin mənşəyi haqda məlumatların verilməsinin turizmin inkişafında rolu // Azərbaycan Coğrafiya Cəmiyyətinin Əsərləri, XVII cild. Bakı: AzTU, 2011, s. 494 (N. G. Məmmədovla birgə).
3. N. Q. Babayev. Qazanşı adının mənşəyi / Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Yer Elmləri Bölməsi, № 4. Bakı: Nafta-Press, 2011, s. 74.
4. N. Q. Babayev. Padar coğrafi adının mənşəyi və onun Azərbaycan tarixində rolu / Milli Aviasiya Akademiyasının elmi əsərləri, № 2. Bakı: MAA-nın Poliqrafiya Mərkəzi, 2011, s. 210.
5. N. Q. Babayev. Походження географичнои назви Зангилан / Национальний педагогичний университет имени М.П.Драроманова Украинська Академия Наук. Гилея. Науковый висник. Випуск 60 (№ 5). Киeв: 2012, c. 283.
6. N. Q. Babayev. Походженная географичнои назви Бахарлиийого роль в истории Азербайджану / Национальний педагогичний университетимени М.П.Драгоманова Украiнycька Академия Наук.Гилея.Науковый вiсник. Випуск 64 (№ 9). Киiв: 2012, c. 198.
7. N. Q. Babayev. Kəlbəcər-Laçın iqtisadi-coğrafi regionunun bəzi etnotoponimlərinin mənşəyi haqqında // "Heydər Əliyev və Azərbaycanda Coğrafiya elminin inkişafı" mövzusunda Respublika Elmi Konfransı. Bakı: AzTU, 2013, s.324.
8. N. Q. Babayev. Kəlbəcər-Laçın regionu oykonimlərinin yaranma yolları və mənşəyi haqqında // Respublika Elmi Konfransının materialları. Bakı: AzTU, 2013, s. 406.
9. N. Q. Babayev. Kəlbəcər-Laçın regionunda kənd konponentli oykonimlər // VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu. Anka Basım Yayın Ltd. Bakı: 2013, s. 175.
10. N. Q. Babayev. Нормативная классификация некоторых ойконимов в Кельбаджар- Лачинском округе / Науковi записки Тернопiльського нацiонального педагогiчного унiверситету iменi Володимира Гнатюка. Серiя: географiя. – Тернопiль: СМП "Тайп".- № 2 (випуск 39). — 2015, c. 26.
11. N. Q. Babayev. Xələc coğrafi adının mənşəyinə dair // IV Beynəlxalq Avrasiya Arxeologiya Konfransı. Bakı: Elm və Təhsil, 2015, s. 256.