Natiq Qurbanlı

Natiq Qurbanlı (27 may 1997; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu.

Natiq Qurbanlı
Şəxsi məlumatlar
Tam adı Natiq Qurbanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (26 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan
İdman növü Cüdo

Həyatı[redaktə | mənbəni redaktə et]

Natiq Qurbanlı 1997-ci il mayın 25-də Sumqayıt şəhərində anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Natiq Qurbanlı 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] Oğlanların turnirində mübarizə aparan Natiq Qurbanlı isə turnirin yarım-final mərhələsində Belçika cüdoçusu Xorre Verstraeten ilə üz-üzə gəldi.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Natiq Qurbanlı rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Bayırcan Cauntayev oldu.[1] Həmin görüşdə Natiq Qurbanlı rəqibinə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Azerisport.com idman portalı. "Азербайджан выиграл три серебра в первый день Юношеских Игр". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  2. Azerisport.com idman portalı. "Серебряный хет-трик на старте Юношеских Игр". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. Azerisport.com idman portalı. "Первые медали Азербайджана на Юношеских Играх". www.azerisport.com (rus.)). 01.11.2022. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.