Natrium sulfid

Natrium sulfid- mürəkkəb qeyri üzvü maddədir. Kimyəvi formulu- Na2S.

Natrium sulfid-oksigensiz duzdur.

Sənayedə-Na2SO4•10H2O mirabilit mineralının közərdilməsindən alınır.

  1. Na2SO4+4H2→Na2S+4H2O
  2. Na2SO4+4C→Na2S+4CO
  3. Na2SO4+4CO→ Na2S+4CO2

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Adi halda ağ rəngli çox hidroskopik tozdur. Parçalanmadan əriyir, termiki davamlıdır. Texniki natrium sulfid sarımtıl və ya qəhvəyi (qirmizımtıl) rəngdədir, tərkibində 60%-ə qədər natrium sulfid var. Suda yaxşı həll olur, anionundan hidroliz olur, məhlulda yüksək qələvilik yaradır. Havada dayanma müddətində məhlul bulanır (kolloid kükürd) və saralır (polisulfid rəngində). Tipik reduksiyaedicidir. Kükürdü birləşdirir. Ion dəyişmə reaksiyalarına girir.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]
  • Durulaşdırılmiş xlor turşusu ilə qarşılıqlı reaksiyaya girir.

Na2S+2HCl→NaCl+H2S

  • Qatı sulfat turşusu ilə qarşılıqlı reaksiyaya girir.

Na2S+3H2SO4→SO2+2H2O+2NaHSO4

  • Kalium permanqanatın su məhlulu ilə reaksiyaya girir.

3Na2S+2KMnO4+4H2O→2MnO2+6NaOH+2KOH+3S

  • Yodla reaksiyada təmiz kükürd çökür.

Na2S+J2→2NaJ+S

Istifadə olunması

[redaktə | mənbəni redaktə et]

Natrium sulfid istehsalatda kükürdlü rəngləyicilər və sellülozalar, dərinin tükünün təmizlənməsində, dərinin aşılanmasında, analitik kimyada reagent kimi istifadə olunur.

  • Лидин Р.А. "Справочник школьника. Химия"М: Астерель, 2003