Navarra krallığı


Navarra krallığı ( isp. Reino de Navarra, bask Nafarroako Erresuma, fr. Royaume de Navarre, oks. Reiaume de Navarra) — orta əsr bask krallığı.[1][2][3][4] 1162-ci ilə qədər Pamplona krallığı adlanırdı. Buraya Atlantik okeanının yaxınlığındakı Pireney dağlarının hər iki tərəfindəki ərazilər - İspaniyanın şimalında müasir Navarra muxtariyyəti və müasir Fransanın cənubunda Atlantik Pireney daxil idi. Krallıq IX əsrin əvvəllərindən mövcud olmuşdur. 1513-cü ildə Navarranın cənubu Araqon kralı II Ferdinand tərəfindən fəth edilmiş və İspaniya krallığının bir hissəsi olmuşdur. Navarranın şimalı 1589-cu ilə qədər, onun kralı III Henrix de Burbon IV Henrix adı ilə Fransa kralı olana qədər müstəqil qalmış, bundan sonra Navarra krallığı 1620-ci ildə Fransaya birləşdirilmişdir.

Tarixi dövlət
Navarra krallığı
Gerb
Gerb
təq. 1162 — 1841

Dilləri ispan dili, Araqon dili, Qaskon dili, fransız dili, Bask dili
Dövlət dini katolisizm, Kalvinizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Middleton, John. World Monarchies and Dynasties (ingilis). Routledge. 2015-06-01. ISBN 978-1-317-45158-7.
  2. "Kingdom of Navarre | Facts & History". Encyclopedia Britannica (ingilis). 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-10.
  3. NA, NA. Medieval Queenship (ingilis). Springer. 2016-04-30. ISBN 978-1-137-08859-8.
  4. Collins, Roger. Caliphs and Kings: Spain, 796-1031 (ingilis). John Wiley & Sons. 2012-05-07. ISBN 978-0-631-18184-2.